Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
Müştərilər ödənişlərini birbaşa yuan valyutası ilə həyata keçirə, əməliyyatlarını daha sürətli və rahat şəkildə icra edə biləcəklər.Korporativ müştərilər üçün yeni imkanların yaradılmasını prioritet istiqamət kimi müəyyən edən Ziraat Bank Azərbaycan xarici ticarətlə məşğul olan sahibkarlara daha operativ və geniş spektrli bank xidmətləri təqdim etmək məqsədilə müxbir bank şəbəkəsini genişləndirib.
Dünyanın 20 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, Çin Xalq Respublikasının aparıcı maliyyə institutlarından biri olan Bank of China-da Çin yuanı (CNY) valyutası üzrə müxbir hesab açıb.
Yeni müxbir hesab Çin ilə ticarət əlaqələri həyata keçirən hüquqi şəxslərin ehtiyacları nəzərə alınaraq yaradılıb. Bununla müştərilər ödənişlərini birbaşa yuan valyutası ilə həyata keçirə, əməliyyatlarını daha sürətli və rahat şəkildə icra edə biləcəklər.
Dünyanın aparıcı banklarında mövcud olan müxbir hesablar Ziraat Bank Azərbaycana müştərilərinə beynəlxalq əməliyyatlarda daha çevik və əhatəli xidmətlər təqdim etməyə imkan yaradır. Müxbir bank şəbəkəsinin genişliyi isə xarici ticarətlə məşğul olan müştərilərə keyfiyyətli və etibarlı bank xidmətlərinin göstərilməsinə əlavə şərait yaradır.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















