Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Azərbaycanın lombard şirkəti "BQ" ASC-nin nizamnamə kapitalı 200 min 500 manat artırılır.
Marja.az xəbər verir ki, "BQ" ASC hər birinin nominal dəyəri 2005 manat olan 100 ədəd adi, adlı və sənədsiz səhm buraxıb.
Əgər yerləşdirmə uğurla başa çatrarsa "BQ" ASC-nin nizamnamə kapitalı 204 min 510 manata yüksələcəkdir.
Hazırda "BQ" ASC-nin 4010 manatlıq 2 səhmi (100%) Quliyev Eldar oğluna məxsusdur. Fərman Quliyev atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır. Həmçinin "Sizin Lombard" brendinin sahibi "GL" ASC-nin nizamnamə kapitalının 100%-i də Quliyev Fərman Eldar oğluna məxsusdur.
Qeyd edək ki, "BQ" ASC 2024-cü ili 343 min 327 manat xalis mənfəət ilə başa vurub. 31 Dekabr 2024-cü il tarixində Şirkət 5 milyon 26 min manat cəmi aktivlərə, o cümlədən 4 milyon 506 min manat kredit portfelinə malik olub.
Emissiyanın anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" OSC-dir.
“BQ” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamağa qəbul edən kommersiya hüquqi şəxsdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















