ASA-ya yeni icraçı direktor təyin olundu
“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə yeni icraçı direktor təyin olunub.
ASA-dan Marja-ya verilən məlumata görə, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyində Təsisçilərin Ümumi Yığıncağının 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasın gündəliyində duran məsələlərdən biri Birliyin icraçı direktorunun səlahiyyət müddəti ilə bağlı olub. Belə ki, Elmar Mirsalayevin icraçı direktor olaraq səlahiyyət müddəti sona çatdığı üçün səsvermə keçirilib və Abas Miskərli ASA-nın yeni icraçı direktoru seçilib.
Qeyd edək ki, A.Miskərli 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, Qərb Universitetində isə magistr təhsili alıb. 2012-ci ildə İngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində təhsilini davam edərək, 2016 ildə “Dip.CII” dərəcəsini alıb. Habelə dünyaca nüfuzlu Kembric Universitetində maliyyə üzrə magistr təhsili alıb. 20 ilə yaxın peşəkar sığortaçı təcrübəsinə malik olan A.Miskərli əmək fəaliyyəti müddəti ərzində müxtəlif sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu























