ABB süni intellekt infrastrukturu qurur - Bank çox güclü serverlər alır
Azərbaycan Beynəlxalq Bankı (ABB) serverlərinin satın alınması üçün tender elan edib. ABB bu serverləri süni intellekt layihələri üçün alır. Çünki tenderdə göstərilən serverlər çox yüksək hesablama gücünə malik avadanlıqlardır.ABB “NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərinin satın alınması üçün tender elan edib.
Marja.az xəbər verir ki, iştirakçı şirkətlərin xidmət göstərilən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyətinin olması tələb edilir. İddiaçılar təkliflərini 10 aprelə qədər müvafiq qaydada ABB-yə təqdim edə bilərlər.
Əldə etdiyimiz məlumata görə, ABB bu serverləri süni intellekt layihələri üçün alır. Çünki tenderdə göstərilən serverlər çox yüksək hesablama gücünə malik avadanlıqlardır.
“NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərindən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC) işlərində istifadə olunur.
Qeyd edək ki, ABB-nin müxtəlif istiqamətlərdə tətbiq etdiyi süni intellekt modellərinin sayı artıq 176-a çatıb. Bankdan verilən məlumata görə, bu modellər ABB üçün 34.5 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. Hazırda ABB-də süni intellekt əsaslı 69 layihə həyata keçirilməkdədir.
ABB bu günlərdə AI-khan və AI-nur adlı süni intellekt köməkçilərini də bütün müştərilərin istifadəsinə verib. Onlar müxtəlif bank əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar.
“NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərinin satın alınması üçün tenderin keçirilməsi ABB-nin dayanıqlı süni intellekt infrastrukturunun qurulmasına da ciddi investisiyalar etdiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























