11 gündə 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb, zərər 6 milyon manatdan çoxdur
qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib.Məlum olduğu kimi, 20-30 mart 2026-cı il tarixlərdə ölkə ərazisində Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri təyin olunmuşdu. Azərbaycan Sığortaçılar Assosiasiyası bildirir ki, qeyd olunan tarixdə paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində istər bayram şənlikləri və tətil səyahətləri zamanı, istərsə də respublika ərazisində qeydə alınmış normadan artıq yağışlar nəticəsində müxtəlif səpkili hadisələr qeydə alınmışdır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 20-30 mart 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 651-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 210-u “Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib. Qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimal edilir.
Qeyd edilib ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























