Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-da benzinin qiyməti 4 dolları keçdi

ABŞ-da benzin qiymətləri Avqust 2022-dən bəri ilk dəfə 1 qalon üçün orta hesabla 4 dolları keçib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da benzinin qiyməti 4 dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Amerikan Avtomobil Birliyinin məlumatına görə, ölkə üzrə benzinin orta pərakəndə satış qiyməti bazar ertəsi günü 1 qalon (3,78 litr) üçün 4,018 dollara yüksəlib. Qiymətlər, müharibənin başlamasından bəri 1 dollardan çox artıb. ABŞ və İsrailin İrana hücum etmədən əvvəl qiymətlər 2,98 dollar idi.

Marja xəbər verir ki. bazar ertəsi günü ABŞ xam neftinin qiyməti 2022-ci ildən bəri ilk dəfə 100 dollar/bareli keçib və bu artım, istehlakçıların istifadə etdiyi benzin və dizel kimi məhsullarda daha aydın hiss olunur.

Pərakəndə dizel qiymətləri artıq 1 qalon üçün 5,40 dolları aşıb və bu vəziyyət ümumi iqtisadiyyat üçün ciddi problem yaradır.

Ağ Ev qiymətləri azaltmaq məqsədilə bir sıra tədbirləri işə salıb. Bu tədbirlər arasında xarici bayraqlı gəmilərin ABŞ limanları arasında yanacaq daşımasına imkan verən Jones Qanunu üzrə 60 günlük güzəşt yer alır.

Stanford Universiteti İqtisadi Siyasət Araşdırma İnstitutundan Ryan Cummings və Neale Mahoney-in tədqiqatına görə, benzin qiymətlərindəki hər 1 dollarlıq artım, digər iqtisadi təsirlər nəzərə alınsa belə, Michigan Universiteti istehlakçı etibar indeksini 4,5 bal və ya daha çox azaldır.

Co Bayden administrasiyasının İqtisadi Məsləhətçilər Şurasında benzin siyasəti üzərində çalışan keçmiş iqtisadçı Cummings bildirib:

“Bu, təxminən o deməkdir ki, benzi qiymətlərində hər 1 dollarlıq artım insanların iqtisadiyyata baxışına (inamına) təxminən 5% daha pis edir.”

İş elanları AzVak.az-da

Amerikan Avtomobil Birliyi benzinin pərakəndə satış qiyməti ABŞ qalon 4 018 dollar müharibə ABŞ və İsrail İran xam neft 100 dollar/barel dizel qiymətləri 5 40 dollar iqtisadiyyat Ağ Ev qiymətləri azaltmaq Jones Qanunu 60 günlük güzəşt xarici bayraqlı gəmilər liman Stanford Universiteti İqtisadi Siyasət Araşdırma İnstitutu Ryan Cummings Neale Mahoney Michigan Universiteti istehlakçı etibar indeksi Co Bayden administrasiyası İqtisadi Məsləhətçilər Şurası benzin siyasəti iqtisadi təsir 1 dollar artım 4 5 bal azalma iqtisadi baxış
31.03.2026 12:32

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18