Azərbaycanın cari balansının profisiti "əriyib"
2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansının profisiti 25,5% və ya 1,2 milyard dollar azalaraq 3,5 milyard dollara düşüb. 2024-cü ildə cari əməliyyatlar balansında 4.7 milyard dollar həcmində profisit formalaşmışdı.2025-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 3,5 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 4,6 %-i qədər profisit formalaşıb.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə əsasən, bu, 2024-cü illə müqayisədə təxminən 25,5 % azdır. Xatırladaq ki, 2024-cü ildə cari əməliyyatlar balansında 4.7 milyard dollar həcmində profisit formalaşmışdı.
"Bu məbləğdə profisitin olması makroiqtisadi dayanıqlılıq baxımından mühüm müsbət amil sayılmalıdır", - deyə AMB rəsmisi qeyd edib.
Azərbaycandan ötən il 5 milyard dollar kapital çıxarılıb
2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) təxminən 5 milyard ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycanın xalis maliyyə aktivləri 5,4 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard ABŞ dolları artıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















