Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
Səudiyyə Ərəbistanının milli neft və qaz şirkəti "Saudi Aramco", Hörmüz boğazının faktiki bağlanması səbəbilə ixracı Qırmızı dənizdə yerləşən Yanbu limanına yönləndirmək imkanını dəyərləndirir.
Marja xəbər verir ki, Bloomberg News-un mənbələrə istinadən yaydığı məlumata görə, "Saudi Aramco" Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu limanından neft tədarükünün mümkün olub-olmadığını araşdırmaq üçün Asiyadakı bəzi müştərilərinə sorğular ünvanlayıb. Mənbələrdən biri bildirib ki, daşıyıcı şirkətlər də yükləmələri Fars körfəzindən Yanbuya yönləndirə bilib-bilməyəcəklərini araşdırdıqlarını ifadə ediblər.
"Saudi Aramco" xam neftinin böyük hissəsini adətən Körfəz daxilindəki limanlardan ixrac edir. Lakin İrana hücumlar nəticəsində Hörmüz boğazı faktiki olaraq bağlanıb və gəmilərin yığılması müşahidə olunub. Dünyanın ən böyük neft ixracatçısı olan şirkət ölkənin şərq yataqlarından qərbdəki Qırmızı dəniz sahillərinə neft nəql edə bilən və gündəlik 5 milyon barel ötürmə gücünə malik boru kəmərinə sahibdir.
"Saudi Aramco" məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Şirkət Yaxın Şərqdə genişlənən müharibənin nəticələri ilə birbaşa üzləşib. "Saudi Aramco" Fars körfəzində yerləşən Ras Tanura bölgəsindəki ən böyük neftayırma zavodunu pilotsuz uçuş aparatı hücumundan sonra bağlamağa məcbur olmuşdur. Dəniz nəqliyyatındakı ləngimə regiondakı anbar çənlərinin dolması və bunun nəticəsində hasilatın məhdudlaşdırılması ilə bağlı narahatlıqları da artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
-
8 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 10 d. əvvəl
- 35 d. əvvəl
-
53 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
56 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Prior Leasing"in xalis mənfəəti artıb
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Ən çox oxunanlar
İran qida məhsullarının ixracını qadağan edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





























