“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
“Google” şirkəti əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçdi. Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqladı.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib.
Marja.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkətinin birgə bəyanatında bildirilir.
Qeyd edilib ki, strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarındanəsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır.
Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam mobil dəstək (Android/iOS) mövcuddur və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.
Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqlayıb. “Nano Banana” sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən qabaqcıl modeldir.
Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə “Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait yaradır. “Deep Research” modeli mürəkkəb mövzuları araşdırmağa, bir neçə mənbədən məlumatları sintez edərək hərtərəfli hesabatlar təqdim etməyə imkan verir. Nəhayət, “Guided Learning” istifadəçilərə interaktiv, öyrənmə tərzinə uyğunlaşdırılmış testlər vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir.
Bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya üçün əlçatan olmasını təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 34 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)







.jpg)








