Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın bahalaşması sürətlənib. Bakı vaxtı ilə saat 05:20-də qızıl 2% də əlavə bahalaşma ilə 5588,71 dollara ticarət olunub.
Geosiyasi gərginliklər və siyasət qeyri-müəyyənliyi qızılın bahalaşmasını dəstəkləyir
ABŞ Prezidenti Donald Trampın İrana doğru ikinci bir donanmanın yola çıxdığını bildirməsindən sonra təhlükəsiz liman aktivlərinə tələbat güclü olaraq qalır. ABŞ siyasəti ətrafında yaranan qeyri-müəyyənlik bu il qızılın bahalaşmasının əsas hərəkətverici amillərindən biri olub. Venesuelaya müdaxilə və Qrenlandiya ətrafında yaşanan gərginliklər qlobal geosiyasi riskləri artırıb.
“Sarı metal”ın 1 unsiyası 2026-cı ilin əvvəlindən bəri təxminən 30%-ə yaxın və ya təxminən 1300 dollar bahalaşıb (2025-in sonunda qiymət 4310 dollar idi), ötən ildə qeydə alınan 65% artımdan sonra yüksəlişini davam etdirir.
Dolların zəifləməsi də qızıl və digər metal bazarlarını dəstəkləyib. ABŞ dolları bu həftə son dörd ilin ən aşağı səviyyəsinə enib. Tramp çərşənbə axşamı dolların zəifləməsindən narahat olmadığını bildirib ki, bu da valyutada daha dərin itkilərə səbəb olub.
XXX
Qızılın qiyməti 5 500 dolları aşaraq bahalaşmaqda davam edir.
Qızıl cümə axşamı unsiya üçün 5 500 dolları keçərək rekord səviyyələrdə yüksəlişini davam etdirib. ABŞ dollarının zəifləməsi, eləcə də artan iqtisadi və geosiyasi qeyri-müəyyənlik fonunda qiymətlər yeni tarixi maksimuma çatıb. ABŞ Prezidenti Donald Trampın dolların dörd ilin minimumlarına enməsini önəmsizləşdirməsi, tarif təhdidlərinin davam etməsinə və Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı tənqidlərin yenidən səsləndirilməsinə baxmayaraq, valyutanın zəifləməsinə dözümlü yanaşdığını göstərməsi yüksəlişi sürətləndirib.
Bu arada FED gözlənildiyi kimi faiz dərəcələrini dəyişməz saxlayıb. Qurum iqtisadi fəallığın davamlı olduğunu və əmək bazarında ilkin sabitləşmənin müşahidə edildiyini bildirsə də, inflyasiyanın hələ də yüksək qaldığını və perspektivin qeyri-müəyyən olduğunu vurğulayıb. İki rəsmi şəxs dərhal faiz endiriminin tərəfdarı olub ki, bu da ilin sonuna doğru monetar yumşalma gözləntilərini gündəmdə saxlayır.
ABŞ-ın İrana qarşı mümkün hərbi addımlarla bağlı xəbərdarlıqları və bölgədə böyük ABŞ hərbi-dəniz qüvvəsinin “zərurət yaranarsa, sürətli və sərt şəkildə” hərəkətə keçməyə hazır olduğu barədə açıqlamaları fonunda geosiyasi risklər yüksək olaraq qalır. Qiymət artımı həmçinin fiskal narahatlıqlar, mərkəzi bankların güclü alışları və ETF-lərə davamlı kapital axını ilə də dəstəklənib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















