Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Bankların kredit portfeli (müştəriələrə verilmiş kreditlər) 2025-ci il ərzində 2024-cü ilin yekunu ilə müqayisədə 9.4% və ya 2 milyard 585.4 milyon manat artıb. Bankların kredit portfelində artım 2024-cü ildə 2023-cü illin yekunu ilə müqayisədə 4 milyard 294.7 milyon manat təşkil etmişdi. Beləliklə artım tempi 1 milyard 709,3 milyon manat və ya 39,8% azalıb. Biznes, istehlak və ipoteka kreditləri üzrə artım sürəti zəifləyib.31 dekabr 2025-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 57 milyard 86.2 milyon manat, cəmi öhdəlikləri 49 milyard 743.7 milyon manat, balans kapitalı 7 milyard 342.5 milyon manat olmuşdur. 2025-ci il ərzində bankların cəmi aktivləri 7.7%, cəmi öhdəlikləri 7.2%, balans kapitalı 11% artmışdır.
Marja.az bu barədə Mərkəzi Bankın "Statistik bülleten Dekabr - 2025" buraxılışına istinadən xəbər verir.
2025-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manat olmuşdur.
31 dekabr 2025-ci il tarixinə bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (9 milyard 354.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.3% (4 milyard 602.5 milyon manat).
Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2 milyard 585.4 milyon manat (o cümlədən, biznes kreditləri 1 milyard 319.1 milyon manat, istehlak kreditləri 909,3 milyon manat, ipoteka kreditləri 357 milyon manat) artmışdır.
Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 1.4 milyon manat, cəmi öhdəlikləri 46 milyard 383 milyon manat, balans kapitalı 6 milyard 618.4 milyon manat olmuşdu. 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artmışdı.
2025-ci ilin dekabr ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 31 dekabr 2024-cü il tarixində 27 milyard 477.7 milyon manat olmuşdu.
31 dekabr 2024-cü il tarixinə bankların kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.8% (14 milyard 787.2 milyon manat);
ıı) istehlak kreditləri – 30.7% (8 milyard 445 milyon manat)
ııı) ipoteka kreditləri – 15.5% (4 milyard 245.5 milyon manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4 milyard 294.7 milyon manat (o cümlədən, biznes kreditləri 2 milyard 170.4 milyon manat, istehlak kreditləri 1 milyard 508 milyon manat, ipoteka kreditləri 616,4 milyon manat) artmışdı.
Bankların kredit portfeli (müştəriələrə verilmiş kreditlər) 2025-ci il ərzində 2024-cü ilin yekunu ilə müqayisədə 9.4% və ya 2 milyard 585.4 milyon manat artıb. Bankların kredit portfelində artım 2024-cü ildə 2023-cü illin yekunu ilə müqayisədə 4 milyard 294.7 milyon manat təşkil etmişdi. Beləliklə artım tempi 1 milyard 709,3 milyon manat və ya 39,8% azalıb. Biznes, istehlak və ipoteka kreditləri üzrə artım sürəti zəifləyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























