S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda fəaliyyət göstərən bankların 2026-cı ildə də əvvəlki iki ildə olduğu kimi dayanıqlılığını qoruyacağı gözlənilir.
Bu barədə "S&P Global Ratings" reytinq agentliyindən bildirilib. Qeyd edilib ki, region üzrə orta kreditləşmə artımının 15–20% intervalında qalması, aktivlərin keyfiyyətinin sabitliyi, həmçinin gəlirlilik və kapital səviyyələrinin adekvat olması bank sektorunun mövqelərini dəstəkləyəcək.
S&P vurğulayıb ki, əlverişli iqtisadi artım perspektivləri, xüsusilə pərakəndə seqmentdə yüksək kredit tələbi, sağlam maliyyələşmə və likvidlik göstəriciləri, eləcə də möhkəm gəlirliliklə dəstəklənən sabit kapital buferləri 2026-cı ildə kredit keyfiyyətinin qorunmasına şərait yaradacaq.
Həmçinin, agentlik hazırda region üzrə maliyyə institutlarının 19%-nin reytinq proqnozunun “müsbət”, 81%-nin proqnozunun isə “sabit” olduğunu açıqlayıb.
Agentlik region üçün əsas risklər sırasında yüksəlmiş geosiyasi gərginlikləri, pərakəndə kreditləşmənin aqressiv artımı fonunda yarana biləcək disbalansları, eləcə də rəqəmsallaşma, süni intellekt, iqlim dəyişikliyi və kiber təhlükələrlə bağlı formalaşan yeni riskləri göstərir. Eyni zamanda, tənzimləmə, nəzarət və korporativ idarəetmədə irəliləyişlər olsa da, bu sahələrin hələ də inkişaf etmiş bazarlarla müqayisədə daha az şəffaf və proqnozlaşdırılan olduğu vurğulanır.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 10 d. əvvəl
- 22 d. əvvəl
- 30 d. əvvəl
- 40 d. əvvəl
-
56 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























