"Bir" ekosistemində yeni təyinatlar
Yeni strateji idarəetmə dövrü başlayır. “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Fərid Hüseynova Bir ekosisteminin Baş İcraçı direktoru səlahiyyəti də verilib.30 dekabr 2025-ci il tarixindən “PAŞA Holding”in yeni törəmə şirkəti – “PAŞA Maliyyə Holding”-i fəaliyyətə başlayıb. Bu strateji addımla Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi də yeni holdinqin tərkibinə daxil edilib və idarəetmə strukturunda mühüm təyinatlar həyata keçirilib.
Yeni strukturun formalaşdırılması ilə “PAŞA Holding”in Baş İcraçı direktorunun müavini və Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov “PAŞA Maliyyə Holding”in Baş İcraçı direktoru və Bir ekosisteminin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri qismində də strateji rəhbərliyini davam etdirəcək.
“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Fərid Hüseynov da yeni strateji vəzifəyə təyin olunub. Fərid Hüseynova 2026-cı ilin yanvar ayından etibarən Kapital Bank-dakı vəzifəsi ilə yanaşı, Bir ekosisteminin Baş İcraçı direktoru səlahiyyəti də verilib.
Kapital Bank-ın İdarə Heyətinin üzvü Cavid Mirzəyev isə Bir ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib. O, eyni zamanda bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun 1-ci müavini vəzifəsinə də təyinat alıb. Qeyd edək ki, Cavid Mirzəyev daha öncə Kapital Bank-ın Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsini icra edirdi.
Bir ekosisteminin daxilində yaradılan Ödənişlər Biznesinin rəhbərliyi isəCəlal Orucova həvalə olunub. Həmçinin, Ödənişlər Biznesinin istiqamətlərindən olan, ölkənin ən iri elektron pul təşkilatlarından biri “m10” və “MilliÖn” platformalarını birləşdirən PashaPay MMC-nin rəhbərliyində də dəyişiklik edilib. Belə ki, Pünhan Nərimanov PashaPay MMC-nin İcraçı direktoru təyin olunub.
Ölkənin ən böyük elektron ticarət platformalarından biri olan Birmarket-in Baş İcraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı PashaPay-ə rəhbərlik edib.
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10, MilliÖn və Bir Bonus brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
21 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
34 d. əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
36 d. əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 38 d. əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
13 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
14 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb























