Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Bank “BTB” 2025-ci ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Bank “BTB”nin yaydığı press-relizdə bildirilir ki, ötən il ərzində bank əsas göstəricilər üzrə müsbət dinamikanı qoruyub saxlaya bilmişdir.
Beləliklə, 2025-ci il ərzində bankın xalis əməliyyat mənfəəti 2024-cü ilin nəticələri ilə müqayisədə 11% artaraq 5.9 milyon manata çatmışdır. Eyni dövr ərzində Bankın xalis faiz gəlirləri 16% artaraq 14.2 milyon manat, qeyri-faiz gəlirləri 20% artaraq 7.3 milyon manat təşkil etmişdir. Beləliklə Bank 2025-ci ili 2.4 milyon manat xalis mənfəətlə yekunlaşdırmışdır.
Qeyd edilib ki, bank ipoteka kreditləri üzrə mövqeyini qoruyur və sabit artımı nümayiş etdirməkdə davam edir. 2025-ci ilin 12 ayı ərzində 173 şəxsə 16.7 milyon manat həcmində ipoteka üzrə kredit verilmişdir. Bunlardan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 123 müştəriyə 13.2 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 50 müştəriyə 3.5 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2025-ci ilin sonuna Bankın məcmu kapitalı 4.3% artaraq 53.3 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 23.2% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10.5%) əhəmiyyətli dərəcədə üstələyir.
QEYD: Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb) səhifələrinə, eləcə də 055 4400 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 14 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 42 d. əvvəl
-
47 d. əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir




















