Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
ABŞ Prezidenti Donald Tramp Amerika şirkətlərinə çip satışına icazə veriləcəyini, lakin satış məbləğinin dollar ekvivalenti üzərindən ABŞ-nin 25 faiz pay alacağını açıqlayıb.
Marja xəbər verir ki, Tramp bu modelin həm şirkətlərə, həm də ABŞ iqtisadiyyatına milyardlarla dollar qazandıracağını bildirib.
Ağ Evdən yayılan açıqlamada Trampın imzaladığı sərəncamla yarımkeçiricilər, yarımkeçirici istehsalı avadanlıqları və onların törəmə məhsullarının idxalı ilə bağlı milli təhlükəsizlik narahatlıqlarının nəzərdən keçirildiyi qeyd olunub.
Açıqlamada Nvidia H200 və AMD MI325X kimi bəzi qabaqcıl çiplərə 25 faiz tarif tətbiq ediləcəyi, lakin bunun ABŞ-nin texnologiya tədarük zəncirinin qurulmasını və yarımkeçirici törəmə məhsullarının yerli istehsal gücünün artırılmasını dəstəkləmək məqsədilə idxal edilən çiplərə şamil olunmayacağı bildirilib.
Həmçinin açıqlamada Trampın yaxın gələcəkdə yarımkeçiricilər və onların törəmə məhsullarının idxalına daha genişmiqyaslı tariflər tətbiq edə biləcəyi və daha əvvəl elan edildiyi kimi, yerli istehsalı təşviq etmək məqsədilə tarif kompensasiya proqramı həyata keçirə biləcəyi qeyd olunub.
“Bu çiplərin satışından 25 faiz qazanc əldə edəcəyik”
Tramp Ağ Evdə məsələ ilə bağlı açıqlama verib.
Yarımkeçirici şirkətlərinin ən qabaqcıl olmayan çipləri sata biləcəyini deyən Tramp, “Çin onları istəyir, digərləri də istəyir və biz bu çiplərin satışından 25 faiz qazanc əldə edəcəyik”, – deyə bildirib.
Tramp şirkətlərə çip satışına icazə veriləcəyini, lakin satışın dollar dəyəri üzərindən ABŞ-nin 25 faiz pay alacağını vurğulayıb.
“Həm şirkətlər, həm də ABŞ qazanacaq”
Bunun çox yaxşı bir razılaşma olduğunu bildirən Tramp, həm şirkətlərin, həm də ABŞ-nin milyardlarla dollar qazanacağını söyləyib.
Tramp satışına icazə verilən çiplərin Blackwell və ya Rubin kimi ən qabaqcıl çiplər olmadığını xüsusi olaraq qeyd edib.
ABŞ Prezidenti Donald Tramp ötən ilin dekabr ayında sosial media hesabında paylaşdığı açıqlamada, milli təhlükəsizliyin güclü şəkildə qorunmasını təmin edəcək şərtlər çərçivəsində Nvidia-nın “H200” çiplərini Çin və digər ölkələrdəki təsdiqlənmiş müştərilərə göndərməsinə icazə veriləcəyini bildirmişdi. Bu satışlardan 25 faiz vergi alınacağını qeyd edən Tramp, eyni yanaşmanın AMD, Intel və digər iri Amerika şirkətləri üçün də tətbiq oluna biləcəyini demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 6 d. əvvəl
-
-
11 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
16 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























