Nəhnəg qaz layihəsində mühüm mərhələ başa çatdı
Şahdəniz Mərhələ 2 layihəsi üçün inşa olunan ikinci üst tikililər, yəni Hasilat və Dikborular (HDB) platformasının üst tikililəri dənizə yola salınaraq, dənizdə öz yerinə quraşdırılıb. Bu barədə Şahdəniz konsorsiumundan bildirilib.
Bundan əvvəl, iyun ayının əvvəllərində Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst tikililəri təhlükəsiz qaydada və müvəffəqiyyətlə dənizə yola salınaraq öz yerinə quraşdırılmışdı.
Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış HDB platformasının üst tikililəri 15 sentyabr tarixində Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki Şahdəniz Kontrakt sahəsinə yola salınıb. Bundan əvvəl, üst tikililər 6 avqust 2017-ci il tarixində tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb və 9 sentyabr tarixində isə dənizə yola salınmağa hazırlıq məqsədilə STB-1 daşıma barjına yüklənib.
Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılmış və 6 gün ərzində tamamlanmışdır. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan HDB dayaq blokunun üzərinə quraşdırılıb.
HDB platformasının üst tikililərinin çəkisi təxminən 15800 ton təşkil edir və onun uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 133 metr uzunluğunda olan məşəl oxundan, 10 axın xətti qəbuletmə qurğusundan, beş hasilat separatorundan, iki buxarlanan qazlar kompressorundan və üç hasilatın ixracı xəttindən ibarətdir.
AMEK-Tekfen-Azfen (ATA) konsorsiumu tərəfindən inşa edilmiş HDB platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilib və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Dramond:
“HDB platformasının üst tikililərinin dənizə yola salınması və dənizdə təhlükəsiz şəkildə quraşdırılması layihə üçün çox mühüm mərhələdir, belə ki, bununla dəniz qurğularının hazırlanması işləri başa çatır. Biz nəhəng Şahdəniz Mərhələ 2 layihəsinin tamamlanmasına və növbəti ildə ilk qazın çatdırılmasına dəstək olmaq üçün dənizdə yekun quraşdırma işlərinin təhlükəsiz şəkildə və vaxtında yerinə yetirilməsindən məmnunluq duyuruq. Məmnuniyyətlə qeyd etməliyəm ki, layihə qrafikə tam uyğun şəkildə və planlaşdırılmış büdcədən az məsrəflə irəliləyir. Bu mərhələyə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilərlə çatmaq üçün öz zəhmətini əsirgəməmiş hər kəsə təşəkkürümü bildirmək istəyirəm.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
14 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 17 d. əvvəl
-
26 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
29 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir


















.jpg)




