Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
2026-cı ildə ümumi daxili məhsul (ÜDM) real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat,o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq 101,7 milyard manat təşkil edəcəkdir. ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8 faizə çatacağı gözlə-nilir. Proqnozlara əsasən, 2026-cı ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,4 faiz azalacaqdır. Bu il “Azərilayt” markalı xam neftin qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib.
Marja.az xəbər verir ki, bu, 2026-cı ilin makroiqtisadi proqnozlarında bildirilir.
Qeyd edilib ki, ortamüddətli dövrün sonuna ÜDM-in həcmi 161,8 milyard manatadək, onun qey-ri-neft-qaz sektoruna aid hissəsinin xüsusi çəkisi isə 80 faizədək yüksələcək. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaş-dırılıb. Makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək.
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi bu il 3,4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz proqnozlaşdırılır. Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz, 2027-2029-cu illərdə isə orta illik 3,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cı ildə 6,9 faiz, 2027–2029-cu illərdə isə orta illik 2,9 faiz, qeyri-neft-qaz sektorunda isə müvafiq olaraq 1,1 faiz və 4,8 faiz artacaqdır. 2026-cı ilin dövlət və icmal büdcələri ölkənin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub.
Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib. Bu ilin dövlət büdcəsində, eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prin-sipi rəhbər tutulub.
Ölkədə çoxşaxəli inkişaf strategiyasının həyata keçirilməsi, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın yüksək səviyyədə davam etməsi, iqtisadi artımın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, habelə dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün 2026-cı il üzrə maliyyə təminatı tam formalaşdırılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
43 d. əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















