Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Lider mobil operator Azercell cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqların inkişafına töhfə vermək məqsədilə “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı yeni sosial təşəbbüsə başlayıb. Proqramın əsas məqsədi xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarının inkişafına dəstək göstərmək və onların cəmiyyətə daha asan inteqrasiyasına şərait yaratmaqdır.

Layihənin icrasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində başlanılıb. Proqram çərçivəsində artıq iki təlim və maarifləndirici sessiya təşkil olunub. Bu sessiyalar uşaqların hərtərəfli inkişafını hədəfləyərək sosial bacarıqların formalaşdırılması, özünüifadə, yaradıcı düşüncənin təşviqi, həyat tərzi vərdişlərinin aşılanması, həmçinin rəqəmsal savadlılıq və təhlükəsizlik mövzularını əhatə edir.

Reklam_3_11

Təlimlər Çikaqo Universitetinin layihə koordinatoru, gənclərin inkişafı üzrə təlimçi Gülsüm Məmmədova, eləcə də Azercell-in müvafiq sahə üzrə ekspertləri tərəfindən həyata keçirilib.

Qeyd edək ki, “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünün mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

 

25.12.2025 17:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18