SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb. Rövşən Nəcəf : Həyata keçirdiyimiz bu satınalmanın “SOCAR Türkiyə”nin bazar dayanıqlılığını uzunmüddətli perspektivdə artıracağına inanırıq. Bu investisiya nəticəsində təbii qazdan elektrik enerjisi istehsalı ilə bağlı strategiyamız çərçivəsində mühüm addım ataraq, təbii qazın həm Türkiyə iqtisadiyyatına töhfə verməsini, həm də qrup şirkətimiz üçün daha səmərəli vəziyyətə gətirilməsini hədəfləyirik23 dekabr 2025-ci il tarixində Bakıda Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” ilə “GAMA Enerji A.Ş.” arasında razılaşdırılmış satış müqaviləsinin imzalanma mərasimi keçirilib.
Müqavilə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclası çərçivəsində keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu zamanı imzalanıb.
Sənədə əsasən, tərəflər arasında Türkiyənin Kırıkkale şəhərində yerləşən Mərkəzi Anadolu Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasının alqı-satqısı üzrə proses tamamlanıb.
870 MVt istehsal gücünə malik olan Mərkəzi Anadolu Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyası Türkiyənin strateji enerji mərkəzlərindən biri kimi elektrik təchizatı təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. “SOCAR Türkiyə” bu satınalma ilə mövcud enerji təchizatı və ticarət əməliyyatlarını gücləndirərək istehsal fəaliyyəti ilə inteqrasiya olunmuş, dayanıqlı və rəqabətqabiliyyətli dəyər zənciri formalaşdırmaqda davam edir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf mövzu ilə bağlı açıqlamasında deyib: “SOCAR olaraq dost və qardaş Türkiyədəki investisiya qərarlarımızı uzunmüddətli strateji hədəflər və dayanıqlı dəyər yaratma prinsipi əsasında formalaşdırırıq. Həyata keçirdiyimiz bu satınalmanın “SOCAR Türkiyə”nin bazar dayanıqlılığını uzunmüddətli perspektivdə artıracağına inanırıq. Bu investisiya nəticəsində təbii qazdan elektrik enerjisi istehsalı ilə bağlı strategiyamız çərçivəsində mühüm addım ataraq, təbii qazın həm Türkiyə iqtisadiyyatına töhfə verməsini, həm də qrup şirkətimiz üçün daha səmərəli vəziyyətə gətirilməsini hədəfləyirik”.
Qeyd edək ki, bu investisiya ilə birgə, “SOCAR Türkiyə”nin enerji bazarındakı mövqeyinin istehsaldan son istehlakçıya qədər uzanan dəyər zənciri çərçivəsində gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda portfel idarəçiliyi, əməliyyat tələbləri və miqyas iqtisadiyyatı sahələrində optimallaşdırmanın təmin edilməsi hədəflənir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















