Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış “SİMA missiyası” - texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub.

İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq, onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgün istifadə vərdişlərini aşılamaq məqsədilə hazırlanmış kitabın müəllifləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim Zəhra Bədəlbəyli və gənc yazıçı Səid Riaddır. Üç hekayədən – “Tanışlıq”, “Gələcəyə səyahət” və “Ağalı kəndi” – ibarət olan “SİMA Missiyası” kitabı uşaqlara rəqəmsal identifikasiya, texnologiyanın gələcəyimizdə rolu və Azərbaycanın ağıllı kənd konsepsiyası barədə sadə və maraqlı dildə məlumatlar verir.

Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarının təmsilçiləri, incəsənət xadimləri və internat məktəbində təhsil alan uşaqlar iştirak ediblər. Tədbirin açılış nitqini edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov texnologiyadan təkcə informasiya mənbəyi kimi deyil, həm də cəmiyyətə fayda verməyin bir yolu kimi istifadə etməyin əhəmiyyətini vurğulayıb. Daha sonra “Zəfər” teatrının balaca aktyor heyəti tərəfindən kitabın əhəmiyyətini əks etdirən kiçik tamaşa nümayiş etdirilib.

Oxucular üçün daha əyləncəli olması məqsədilə müxtəlif illüstrasiyalarla zənginləşdirilən və “TEAS Press” nəşriyyatı tərəfindən 1500 tirajla çap edilən kitab internat məktəbləri, uşaq evləri və ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinə pulsuz şəkildə təqdim olunacaq.

“AzInTelecom” üçün azyaşlıların, xüsusilə də valideyn himayəsindən məhrum qalmış uşaqların təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət bu istiqamətdəki dəstəyini hər zaman davam etdirəcək və korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi üçün təşəbbüs göstərəcəkdir.

AzInTelecom “SİMA missiyası” texnoloji nağıl kitabı rəqəmsal savadlılıq ibtidai sinif şagirdləri internet təhlükəsizliyi müasir texnologiyalardan istifadə Zəhra Bədəlbəyli Səid Riad “Tanışlıq” hekayəsi “Gələcəyə səyahət” hekayəsi “Ağalı kəndi” hekayəsi rəqəmsal identifikasiya ağıllı kənd konsepsiyası uşaqlar üçün texnologiya kitabı TEAS Press nəşriyyatı pulsuz kitab paylanması internat məktəbləri uşaq evləri ibtidai sinif şagirdləri korporativ sosial məsuliyyət AzInTelecom layihələri texnologiyadan cəmiyyət faydası uşaqların təhsil və inkişafı “Zəfər” teatr tamaşası rəqəmsal inkişaf və nəqliyyat nazirliyi əyləncəli illüstrasiyalar Marja.az xəbər.
22.12.2025 12:45

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18