Qarabağdakı Dəmirli mədənindən ilk mis satışına başlanılıb
Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan “Anglo Asian Mining” (AAM) şirkəti yeni Dəmirli mədənində istehsal olunan mis konsentratının satışına başlayıb.
Bu barədə şirkətdən bildirilib.
Qeyd edilib ki, konsentratın satışı üzrə müqavilə 3 noyabr 2025-ci il tarixində "Trafigura Pte Ltd" şirkəti ilə imzalanıb. Müqavilə çərçivəsində 17–30 noyabr tarixlərində "Trafigura"ya 2 055 ton mis konsentratı təhvil verilib. Konsentratın tərkibində 351 ton mis olub. İlkin (provisional) ümumi satış gəliri 3,6 milyon ABŞ dolları təşkil edib. Qeyd olunan məbləğdə Azərbaycan hökumətinin payı nəzərə alınmayıb.
"Anglo Asian"dan həmçinin bildirilib ki, noyabr ayında Dəmirli mədənində rekord hasilat həcmləri əldə olunub. Ay ərzində ümumilikdə 1,95 milyon ton süxur çıxarılıb. Bunun 195 min tonu yüksək keyfiyyətli filiz, 269 min tonu oksid filiz, qalan hissəsi isə anbarların möhkəmləndirilməsi üçün istifadə edilən süxur materialı olub.
Bundan əlavə, 27 noyabr tarixində bir gündə 81 min ton süxur çıxarılması ilə şirkətin tarixində ən yüksək günlük göstəriciyə nail olunub.
Xatırladaq ki, AAM 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















