Afrikada ilk Azərbaycan biznes forumu keçirilib, 3 anlaşma memorandumu imzalanıb - FOTOLAR
100-dən çox iştirakçının qatıldığı forum Azərbaycan biznesinin Afrika bazarına inteqrasiyası üçün real imkanlar yaradıb.Karvan L MMC25 noyabr 2025-ci il tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbədə tarixi biznes hadisəsi baş verib: Afrika qitəsində ilk dəfə olaraq Azərbaycan iş adamlarının iştirakı və ilə birinci Azərbaycan-Efiopiya Biznes Forumu keçirilib. 100-dən çox iştirakçının qatıldığı forum Afrika - Azərbaycan Ticarət Əlaqələri Təşkilatı (Africa–Azerbaijan Cooperation (AFAZ)) təşkilatçılığı və Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyinin dəstəyi ilə reallaşıb.
Tədbir yalnız bir görüş deyildi — bu, Azərbaycan və Efiopiya arasında iqtisadi əməkdaşlığın yeni səhifəsinin açılması, uzunmüddətli ticarət və investisiya körpülərinin inşası istiqamətində atılan mühüm addım idi.
Forum Azərbaycan biznesinin Afrika bazarına inteqrasiyası üçün real imkanlar yaradıb, həmçinin iki ölkənin sahibkarları arasında birbaşa dialoqa start verilib.
Forumda müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri iştirak edib:
• Karvan L MMC
• Friends Café
• Ekzobutik -Ekzotik meyvələr
• Baku Rifah Residence
• AZARSERVICE
• H2A Trading and Advisory
• 166 Global – Logistics and Transport
• Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMIA)
• Herbaflora
• Ismixanlı Fruits
Şirkətlər qida və kənd təsərrüfatı, tikinti, logistika, ticarət, ixrac-idxal, sənaye materialları və digər sahələr üzrə təmsil olunublar. Bu isə forumun çoxşaxəli — həm kənd təsərrüfatı, həm sənaye, həm logistika, həm ticarət sahələrinə toxunan — formatda keçirildiyini göstərir.
Forumun açılış mərasimində aşağıdakı şəxslər çıxış edib:
- Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Ruslan Nasibov
- Efiopiya Xarici İşlər Nazirliyi — Biznes Diplomatiyası üzrə Baş direktor səfir Yohannes Fanta
- Efiopiya Ticarət və Sahəvi Assosiasiyalar Palatasının Vitse-prezidenti Sebsib Abafira Abajobir
- Əddis-Əbəbə Ticarət və Sahəvi Assosiasiyalar Palatasının Baş katibi Meseret Molla Kassahun
Sonra AFAZ-ın təsisçisi Rəna Qəfərova forumun məqsədləri, Afrika-Azərbaycan əməkdaşlığının perspektivləri və konkret investisiya / ticarət imkanları barədə geniş təqdimatla çıxış edib.
Forum çərçivəsində:
- Efiopiya İnvestisiya Komissiyası (EIC) ölkənin investisiya mühiti, imkanları və investisiya sahələri barədə geniş təqdimat edib.
- Yerli sahibkarları təmsil edən Efiopiya Qadın Ticarət Assosiasiyası forumda iştirak edərək, qadın sahibkarlığı və investisiya imkanları mövzusunda çıxış edib.
- Azərbaycan və Efiopiya tərəfləri arasında özəl sektora aid 3 anlaşma memorandumuna (MoU) imzalanıb.
- Forum çərçivəsində həm B2G (Business-to-Government), həm B2B (Business-to-Business) danışıqlar aparıldı — bu, konkret layihələr və investisiya planları üzərində dialoqun başlanğıcı olub.
Görüşlər zamanı kənd təsərrüfatı, logistika, tikinti materialları, ixracat–idxalat, ticarət, sənaye parkları, qida və emal sektorları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Birinci Azərbaycan-Efiopiya Biznes Forumu Afrika qitəsində Azərbaycan biznesinin ilk geniş əlaqələr yaratmaq tədbiri olmaqla yanaşı, iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsi üçün möhkəm zəmin yaradıb. Forum göstərib ki, Azərbaycan şirkətləri Afrika bazarında rəqabətədavamlıdır və əməkdaşlıq üçün real imkanlara malikdir. Bu təşəbbüs gələcəkdə bir sıra investisiya layihələrinin, ixrac-idxal əməliyyatlarının, yeni əməkdaşlıq formatlarının yaranmasına təkan verəcək.
Forumun uğuru və iştirakçıların sayı — həm dövlət, həm özəl sektor, həm diplomatik korpus, həm sahibkarlar — bu təşəbbüsün strateji əhəmiyyətini bir daha sübut edib.
Forum 23–28 noyabr tarixlərində Efiopiyaya təşkil olunan Azərbaycan biznes missiyasının tərkib hissəsi olaraq keçirilib. Biznes missiyanın proqramına aşağıdakılar daxil idi:
- MESOB Service mərkəzinə ziyarət – Azərbaycandakı ASAN Xidmət modelinin Efiopiyada tətbiqi ilə tanışlıq;
- Azad iqtisadi zonalara və sənaye parklarına səfərlər – yerli istehsal prosesləri, ixrac və emal müəssisələrinin fəaliyyəti ilə yerində tanışlıq;
- Ticarət palataları və dövlət qurumları ilə əməkdaşlıq görüşləri – yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya imkanlarının müzakirəsi.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
53 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























