Bank of Baku-da İnsan Resurslarında robot – “HRobot” çalışır!
Bank of Baku inkişaf strategiyasına uyğun olaraq innovativ texnologiyaların tətbiqini məhsul və xidmət sahələri ilə yanaşı, daxili idarəetmədə də həyata keçirir.
Belə ki, bu istiqamətdə Bank of Baku tərəfindən atılan uğurlu addımlardan biri də bankın insan resurslarının idarə edilməsində “RPA-Robot”la proseslərin avtomatlaşdırılmasından istifadə olunmasıdır. Müasir insan resurslarının idarəedilməsi sisteminin bir hissəsi kimi tətbiq olunan süni intellekt dəstəkli və “HRobot” adı verilən robot vasitəsilə bank daxilində insan resurslarına dair proseslər daha çevik şəkildə icra edilir.
Qeyd edək ki, bu texnologiya insan resursları sahəsində təkcə operativlik baxımından deyil, eyni zamanda, proseslərə dair müəyyən risklərin idarə edilməsi və işçi məmnuniyyətinin artırılması baxımından da üstünlüklər vəd edir.
“HRobot” insan resurslarında çalışan əməkdaşlar üçün vaxt qənaəti yaradır və əməkdaşları gündəlik texniki tapşırıqlardan azad edərək daha çox insan-mərkəzli fəaliyyətlərə — kommunikasiya, işçi dəstəyi, işçi təcrübəsinin yaxşılaşdırılması kimi istiqamətlərə fokuslanmağa şərait yaradır.
Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 30 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb




















