Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir

Fərdi sahibkarlar xalis gəlirinin 2 faizini dövlət sosial sığorta haqqı olaraq ödəməli olacaq. Lakin bu məbləğ maksimum 400 manat olacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarların sosial sığorta haqqının hesablanması qaydası dəyişir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il yanvarın 1-dən fərdi sahibkarların ödəməli olduqları məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydası dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənəcək.

Xatırladaq ki, hazırda qüvvədə olan “Sosial sığorta haqqında” qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilirdi. Eyni zamanda bu regionlar üzrə müvafiq faiz tətbiq edilməklə tətbiq edilirdi. Başqa sözlə, bu göstərici Bakı şəhərində minimum aylıq əməkhaqqının 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında idi.

İş elanları AzVak.az-da

Dəyişikliyə əsasən, minimum aylıq əməkhaqqı 400 manat qəbul edildikdə sahibkarın aylıq gəliri 5 000 manatdırsa, sosial sığorta haqqı gəlirin 2 faizi – 100 manat təşkil edəcək.

Əgər gəlir 2 000 manatdırsa, 2% = 40 manat hesablanır, lakin bu məbləğ minimum hədd olan 60 manatdan az olduğuna görə sahibkar 60 manat ödəyəcək.

Əgər gəlir 25 000 manatdırsa, 2% = 500 manat olur, amma bu məbləğ maksimum hədd olan 400 manatı keçdiyinə görə sahibkar 400 manat ödəyəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

fərdi sahibkarlar sosial sığorta haqqı sosial sığorta dəyişikliyi 2026 məcburi dövlət sosial sığorta Sosial sığorta haqqında qanun Milli Məclis minimum aylıq əməkhaqqı 2 faiz sosial sığorta gəlirdən hesablanan sosial sığorta sahibkarların sosial ödənişləri tikinti sahəsi sosial sığorta regionlara görə sosial sığorta Bakı sosial sığorta faizi Sumqayıt Gəncə sosial sığorta kənd yerləri sosial sığorta maksimum sosial sığorta məbləği minimum sosial sığorta məbləği sahibkar gəlirindən ödəniş sosial sığorta hesablanması 2026 sosial sığorta qaydası birinci oxunuşda qəbul edildi
21.11.2025 13:16
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18