Qlobal bankdan 2026-cı il üçün qızıl proqnozu
Goldman Sachs, qızılın qiymətinin 2026-cı ilin sonuna qədər 4 900 dollar səviyyəsinə çatacağını proqnozlaşdırır.Qlobal investisiya bankı Goldman Sachs bildirib ki, qızıl qiymətlərinin 2026-cı ilin sonuna qədər 4 900 dollara yüksələcəyi gözlənilir və bu, hazırkı səviyyələrə nisbətən təxminən 21%-lik artım deməkdir.
Marja xəbər verir ki, qızılın qiyməti 30 oktyabrda qeydə alınan 4336 dollarlıq rekord səviyyədən sonra təxminən bir ay ərzində 6% geriləyərək çərşənbə axşamı 4 062 dollar səviyyəsinə düşüb. ABŞ dollarının güclənməsi və dekabr ayında faiz endirimi ehtimalının azalması qiymətli metal üzərində təzyiqi artırıb.
Goldman-ın fikrincə, qızılın qiymətində olan bu geriləmə davamlı bir trendin başlanğıcı deyil, müvəqqəti dalğalanmadır. Bank hesab edir ki, qızıl bu il ümumilikdə güclü performans göstərib və təxminən 75% dəyər qazanaraq investorların “təhlükəsiz liman” axtarışından faydalanıb.
Mütəxəssislərə görə, qızılın ucuzlaşmasında dolların güclənməsi və ABŞ-da faiz gözləntilərindəki dəyişiklik əsas rol oynayır. Qısa müddətli təzyiqə baxmayaraq, orta müddətdə qızılın qiymətinin artacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
























