Naxçıvanda 123 layihə üçün 12 milyon manat güzəştli kredit ayrılıb
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2025-ci ilin yanvar–oktyabr ayları ərzində 123 layihənin maliyyələşdirilməsinə 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 milyon manat və ya 4,3 dəfə çoxdur. Layihələrin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə artıb.
Maliyyələşdirilmiş kreditlər hesabına 310 yeni iş yeri yaradılacaq.
Naxçıvanda güzəştli kredit məbləğinin 70,5 faizi regionların payına düşüb
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib.
2025-ci ilin yanvar–oktyabr aylarında verilmiş kreditlərin ümumi məbləğinin 73,7 faizi sənayenin, 18,2 faizi kənd təsərrüfatının, 8,1 faizi isə xidmət sahələrin payına düşüb.
Qeyd edilən dövr ərzində güzəştli kreditdən yararlanmış layihələrin 93,5 faizi, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 70,5 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 saat sonra
-
-
8 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
13 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
15 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























