Azərbaycandan konserv, şərab, pambıq lifi, elektrik enerjisi ixracı azalıb
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə məhsul ixrac olunmuş, 168 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 35 milyard 402,7 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 18 milyard 633,7 milyon dollarını və ya 52,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 16 milyard 769,0 milyon dollarını (47,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 864,7 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,6 faiz artmış, real ifadədə isə 8,1 faiz azalmışdır. İdxal real ifadədə 8,3 faiz, ixrac isə 7,9 faiz azalmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2649,2 milyon dollar təşkil etmiş və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,6 faiz artmış, real ifadədə isə 15,7 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,2 faizi İtaliya, 12,3 faizi Türkiyə, 10,3 faizi Rusiya, 9,6 faizi Çin, 3,1 faizi Almaniya, 2,9 faizi ABŞ, 2,7 faizi Birləşmiş Krallıq, 2,1 faizi Çexiya, 1,9 faizi Yunanıstan, 1,8 faizi Gürcüstan, 1,7 faizi Bolqarıstan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Xorvatiya, hər biri 1,4 faiz olmaqla Rumıniya və İsveçrə, 1,3 faizi İran, hər biri 1,1 faiz olmaqla Portuqaliya, Ukrayna və Avstraliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və Belarus, 14,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 45,8 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, hər biri 2,5 faiz olmaqla Almaniya və Rumıniyaya, 2,1 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 0,9 faiz olmaqla İrlandiya və Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, 0,5 faizini Fransaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Tailand, İndoneziya, Çin və Qazaxıstana, 3,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,8 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,9 faizi Çin, 16,5 faizi Rusiya, 10,5 faizi Türkiyə, 5,7 faizi ABŞ, 4,3 faizi Birləşmiş Krallıq, 3,8 faizi Almaniya, 3,0 faizi Qazaxıstan, 2,7 faizi İran, hər biri 2,2 faiz olmaqla İtaliya və Avstraliya, hər biri 1,7 faiz olmaqla Meksika, Braziliya və Cənubi Afrika Respublikası, hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiya, hər biri 1,5 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, 1,1 faizi İsveçrə, hər biri 1,0 faiz olmaqla Fransa, Hindistan və İspaniya, 12,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2025-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 34,6 faiz, təzə tərəvəz – 16,1 faiz, şəkər – 56,8 faiz, siqaretlər – 24,4 faiz, kartof – 47,0 faiz, meyvə və tərəvəz şirələri – 2,6 faiz, bitki yağları – 24,8 faiz, çay – 1,0 faiz, mineral gübrələr – 4,5 faiz, polietilen – 6,7 faiz, emal olunmamış alüminium – 44,1 faiz, sement klinkerləri – 17,5 faiz, pambıq ipliyi – 21,4 faiz artmış, meyvə və tərəvəz konservləri ixracı isə 15,2 faiz, tütün – 51,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, pambıq lifi – 8,0 faiz, polipropilen – 1,7 faiz, elektrik enerjisi – 30,4 faiz, qara metallardan borular – 3,8 faiz, qara metallardan çubuqlar – 39,3 faiz, bentonit gili – 14,5 faiz azalmışdır.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında buğda idxalı 15,8 faiz, xam şəkər – 19,2 faiz, kartof – 18,3 faiz, təzə tərəvəz – 37,1 faiz, siqaretlər – 4,0 dəfə, minik avtomobilləri – 31,5 faiz, polad prokatı – 3,2 faiz, məişət kondisionerləri – 12,9 faiz, mebellər – 2,8 faiz, avtobuslar – 3,1 dəfə, polietilen – 19,5 faiz, mineral gübrələr – 0,7 faiz, qara metallardan çubuqlar – 2,9 faiz, polipropilen – 5,5 faiz, məişət soyuducuları – 18,5 faiz artmış, bitki yağları idxalı isə 15,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,0 faiz, təzə meyvə – 14,5 faiz, şokolad və şokolad məhsulları – 2,6 faiz, unlu qənnadı məmulatları – 1,2 faiz, çay – 6,9 faiz, quş əti və onun əlavə məhsulları – 28,2 faiz, mal əti – 0,9 faiz, dərman vasitələri – 16,8 faiz, qara metallardan borular – 16,1 faiz, hesablama maşınları, blok və qurğuları – 8,7 faiz, ayaqqabılar – 4,0 faiz, rezin şinlər – 1,4 faiz, sintetik yuyucu vasitələr – 7,1 faiz, yük avtomobilləri – 3,4 faiz, paltaryuyan maşınlar – 7,0 faiz, qara metallardan künclüklər – 2,6 faiz, sement – 23,8 faiz azalmışdır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 17 d. əvvəl
- 32 d. əvvəl
-
46 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ən çox oxunanlar
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"


























