“Mələk İnvestorlar Məktəbi”nin növbəti buraxılışı uğurla başa çatıb
Cari ilin 5–6 noyabr tarixlərində Bakıda Technovate şirkətinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və SABAH.angels-ın dəstəyi, eləcə də VISA, Azercell və Paşa Sığorta şirkətlərinin sponsorluğu ilə “Mələk İnvestorlar Məktəbi” layihəsi uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi Azərbaycanda yeni nəsil mələk investorların formalaşdırılması, startap investisiyaları üzrə bilik və bacarıqların artırılması, həmçinin ölkədə dayanıqlı və güclü investisiya mədəniyyətinin yaradılması olub. Bu il məktəb ilk dəfə tam oflayn formatda təşkil edilib.
Proqram çərçivəsində 5 noyabr tarixində Azərbaycan İnnovasiya Mərkəzində keçirilən təlim sessiyalarında iştirakçılar startap investisiyasının əsas prinsipləri, “deal flow” mənbələrinin müəyyənləşdirilməsi, “due diligence” və risklərin idarə olunması kimi mövzularda bilik əldə ediblər. Sessiyalarda Technovate şirkətinin rəhbəri, Mələk İnvestorlar Məktəbinin təsisçisi Fərid İsmayılzadə, eləcə də “Sacramento Angels”ın İdarə Heyətinin üzvü və “due diligence” üzrə rəhbəri Jeff Bader təlimçi qismində çıxış ediblər.
6 noyabr tarixində isə Landmark Hotel-də İnvestisiya Sammiti baş tutub. Sammitdə Technovate şirkətinin rəhbəri, Mələk İnvestorlar Məktəbinin təsisçisi Fərid İsmayılzadə, Azercell şirkətinin Texnologiya və informasiya üzrə baş direktoru George Held, PASHA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov, SABAH.angels-ın icraçı direktoru Alya Abbaszadə, “Sacramento Angels”ın İdarə Heyətinin üzvü və “due diligence” üzrə rəhbəri Jeff Bader çıxış ediblər. Çıxış edən şəxslər Azərbaycan startap və investisiya ekosisteminin inkişafı ilə bağlı dəyərli fikirlər səsləndiriblər.
Tədbir çərçivəsində Clopos, 2School və Tryverse.io startapları öz layihələrini təqdim edib, həmçinin “Mələk İnvestisiyanın Önəmi” mövzusunda panel müzakirə keçirilib. Paneldə Mələk İnvestorlar Məktəbinin təsisçisi Fərid İsmayılzadə, ABB İnnovasiyanın CEO-su Həsən Eminov, SABAH.hub-ın icraçı direktoru Rəhim Bayramlı, “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim iştirak ediblər.
Tədbirin sonunda layihədə iştirak edən şəxslərə sertifikatlar təqdim olunub.
Bundan əlavə, bütün məzunlara SABAH.angels İnvestor Klubuna ilk il üçün 50% endirimlə üzv olmaq və ilk 6 ay ərzində startaplara investisiya edəcək şəxslər arasında püşkatma yolu ilə seçilən 5 nəfərə Silikon Vadisinə təşkil olunacaq turda iştirak etmək imkanı təqdim olunub.
Dəyərli sponsorlar VISA, Azercell və Paşa Sığorta şirkətlərinin, eləcə də korporativ partnyorlar ABB və PAŞA Bankın dəstəyi “Mələk İnvestorlar Məktəbi”nin uğurla həyata keçirilməsində və daha geniş auditoriyaya çatmasında mühüm rol oynayıb. Qeyd edək ki, Mələk İnvestorlar Məktəbinin əsas media partnyoru Marja.az xəbər saytıdır.
“Mələk İnvestorlar Məktəbi” ölkədə startap və investisiya ekosisteminin inkişafına və yerli investorların beynəlxalq səviyyədə fəaliyyətinə dəstək olmaq məqsədini daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
11 d. əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
-
21 d. əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 27 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
1 saat əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
4 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
4 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib





















