Fermerdən nazirə müraciət - “O niyə kabinetindən çölə çıxmır?”
Şirvan şəhəri, M.Əsədov küç.ev 75-də yaşayan fermer İqbal Mikayılov kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edib.
İ. Mikayılov bildirib ki, 2015-ci ildən Şirvan şəhərində kəndli fermer təsərrüfatı ilə məşğuldur: “Əsasən də fəaliyyətim qoyunçuluqla bağlıdır. Şirvan şəhəri aran bölgəsində yerləşdiyindən yay mövsümündə havalar həm isti, həm də quraqlıq olur. Ona görə də yayda qoyunlar qızdırır və ağ ciyərlərinə toz yığılır.
Şirvan şəhərində baytarlıq idarəsi olsa da, cəmi 2 nəfər baytar həkim var. Onlardan biri başqa işlə məşğuldur. O biri həkim isə zonalararası baytardır. Ətraf rayonların kəndlərinin heyvanlarını müalicə edir, süni mayalanmasını həyata keçirir. Bizim çağırışımıza çox çətinliklə, həm də məhdud vaxt çərçivəsində gəlir. Ona görə də sizə müraciət edirəm ki, Baş Baytarlıq İdarəsinin rəisini ayda bir dəfə də olsa Şirvan şəhərinə ezam edəsiniz.
Mən şəxsən fermer təsərrüfatıyla məşqul olan vətəndaş kimi baytar idarəsinin rəisini tanımıram. O niyə kabinetindən çölə çıxmır? Hələ bir dəfə kənd təsərrüfatı rayonlarında baş baytar görünməyib. Bu gün min zəhmətlə, əziyyətlə saxladığım qoyun-quzum xəstəlikdən məhv olur, amma baytar tapmırıq”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)




