Pərakəndə sektorun səssiz böhranı: POS terminal komissiyaları, vergi təzyiqi və yüksələn icarə qiymətləri
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin təhlili:
İqtisadi sabitlik və pərakəndə sektorun rolu
Azərbaycanın şəbəkələşmiş pərakəndə sektoru son onillikdə ölkə iqtisadiyyatının qeyri-neft dayaqlarından birinə çevrilib. “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin üzvləri arasında “Al”, “Araz”, “Bazarstore”, “Bolmart”, “Bravo”, “Grandmart”, “Megastore”, “Neptun”, “Novas Home”, “Oba”, “Rahat”, “Rossmann”, “Soliton”, “Spar”, “Tamstore” və digər aparıcı şəbəkələr yer alır.
Hazırda bu şəbəkələrdə 100 minə yaxın vətəndaş çalışır, gündəlik 4 milyon vətəndaşımıza və ölkəmizin qonaqlarına xidmət göstərilir. 2024-cü ildə Birliyə üzv şirkətlər tərəfindən minlərlə yerli istehsalçıdan 2 milyard manata yaxın məhsul alınmış, 1 milyard manata qədər büdcə ödənişləri və eyni qədər investisiya qoyuluşu həyata keçirilmişdir. Bu rəqəmlər pərakəndə sektorunu ölkə iqtisadiyyatının mühüm strateji sütunlarından birinə çevirir.
Lakin, iqtisadi sabitliyə baxmayaraq, inflyasiya, yeni vergi mexanizmləri və artan əməliyyat xərcləri sektorun dayanıqlığı üçün ciddi təzyiq yaradır.
İnflyasiya və şəffaflıq problemi
Azərbaycanın pərakəndə ticarətində müasir şəbəkələrin payı hələlik ümumi bazarın yalnız 30-32%-ni təşkil edir. Qalan hissə hələ də ənənəvi və tam şəffaflaşmamış ticarət subyektlərinin payına düşür. Bu, makroiqtisadi tənzimləmə tədbirlərinin effektivliyini azaldır və inflyasiyanın real təsirlərinin ölçülməsini çətinləşdirir.
Eyni zamanda, icarə qiymətlərinin kəskin artımı və hüquqi tənzimlənməməsi son aylarda sektorun əsas risklərindən birinə çevrilib. Bəzi ticarət mərkəzlərində kirayə haqlarının qısamüddətli müqavilə başa çatdıqdan sonra iki, üç, hətta dörd dəfə artırılması artıq biznesin mənfəət imkanlarını sıradan çıxarır.
Makroiqtisadi təzyiqlərin artması, qismən idxaldan asılılıq və istehsal xərclərinin yüksəlməsi nəticəsində qiymət sabitliyini qorumaq pərakəndə şəbəkələr üçün getdikcə çətinləşir. Bununla belə, şəbəkələr sosial məsuliyyət prinsipi ilə hərəkət edərək, qiymət artımının əsas hissəsini öz üzərlərinə götürməkdə davam edirlər.
Yeni fiskal təzyiqlər və beynəlxalq müqayisə
Hazırda sektorun üzləşdiyi iki əsas fiskal risk diqqət mərkəzindədir:
• POS əməliyyatları üzrə bank komissiyalarının yüksəkliyi
Hal-hazırda banklararası “interchange acquiring” komissiyaları 1.5%-dən 2.5%-ə qədər dəyişir. Halbuki Avropa Birliyində bu göstərici debit kartlarda maksimum 0.2%, kredit kartlarda 0.3%, ABŞ-da “Durbin Amendment” çərçivəsində 0.21 + 0.05%, Kanadada və Avstraliyada isə 0.8–1% arasındadır.
Yüksək komissiyalar həm satış qiymətlərinə, həm də sektorun rəqabət qabiliyyətinə birbaşa təsir edir. Bundan əlavə, hər il yüz milyonlarla manat “MasterCard”, “Visa”, “Apple Pay” və “Google Pay” kimi beynəlxalq ödəniş sistemləri vasitəsilə ölkədən çıxır ki, bu da maliyyə təhlükəsizliyi baxımından risk yaradır.
• Gəlir vergisi güzəştinin ləğvi riski
2019-cu ildən qüvvədə olan əməkhaqlarından 14%-lik gəlir vergisi güzəşti əmək bazarında şəffaflığı artırmış, minlərlə iş yerinin qorunmasına və real gəlirlərin artmasına xidmət etmişdir. Sözügedən güzəştin 2026-cı ildən etibarən qüvvədən düşməsi, pərakəndə şəbəkələrin mənfəətini mənfi zonaya keçirmək, investisiyaları zəiflətmək və kölgə iqtisadiyyatına meyli artırmaq riski daşıyır.
Texnologiyanın rolu və yeni çağırışlar
Dünya təcrübəsi göstərir ki, texnologiya və rəqəmsallaşma pərakəndə sektorun gələcəyini müəyyənləşdirən əsas amildir. Britaniyada “TikTok Shop” kimi platformalar artıq ticarətin strukturunu dəyişir və Azərbaycanda da rəqəmsal ödəniş sistemlərinin inteqrasiyası və yerli texnoloji həllərin dəstəklənməsi eyni dərəcədə vacibdir.
İctimai Birlik hesab edir ki, yerli QR kod və NFC əsaslı ödəniş sistemlərinin inkişafı, həm də POS əməliyyatlarında ədalətli tənzimləmə inflyasiyanın dolayı təzyiqlərini azaldacaq və rəqəmsal iqtisadiyyata keçidi sürətləndirəcək.
Birlik hökumətə və tənzimləyici orqanlara aşağıdakı istiqamətlər üzrə addımların atılmasını xahiş edir:
• POS komissiyalarının yuxarı həddinin müəyyən edilməsi (beynəlxalq təcrübəyə uyğun olaraq 0.5%);
• Gəlir vergisi güzəştinin ləğvinin mərhələli keçirilməsi (ilkin olaraq 2000 AZN-dək maaş alan vətəndaşlar üçün güzəştin davamı);
• Ticarət icarələrinin tənzimlənməsi (müqavilə bitdikdən sonra kəskin artımların qarşısını alan hüquqi mexanizmin yaradılması, o cümlədən qanunvericilik dəyişikləri);
• Rəqəmsal ödənişlərin genişləndirilməsi (yerli kart sistemlərinin və milli ödəniş platformalarının POS infrastrukturu ilə tam inteqrasiyası);
• Dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, sektorda şəffaflığın artması və rəqabətli mühitin qorunması üçün mütəmadi məsləhətləşmələr mexanizminin yaradılması.
Nəticə
Pərakəndə sektor yalnız iqtisadi fəaliyyət deyil, milli sabitliyin sosial dayağıdır. İnflyasiya təzyiqləri, yeni vergi mexanizmləri və texnoloji keçid prosesləri bu dayağın sarsılmaması üçün dövlət və biznesin koordinasiyalı fəaliyyətini zəruri edir.
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi inanır ki, qeyd olunan istiqamətlərdə atılacaq balanslı qərarlar — ədalətli fiskal mühit, tənzimlənmiş icarə münasibətləri və rəqəmsallaşmaya dəstək — həm sahibkarı, həm istehlakçını, həm də dövlət maraqlarını qoruyacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar


























