970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Qazaxıstan şirkəti Bakı Ağ Şəhərdə premium yaşayış kompleksi tikəcək - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan şirkəti Bakı Ağ Şəhərdə premium yaşayış kompleksi tikəcək - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Asiyanın tanınmış tikinti şirkəti "Bİ Group" Bakı Ağ Şəhərdə yaşayış kompleksi tikəcək.

Marja.az xəbər verir ki, yaşayış kompleksi Xəqani Rüstəmov küçəsilə Babək prospektinin kəsişməsi yaxınlığında inşa olunacaq. 

Reklam_3_11

"White Garden" adı verilmiş yaşayış kompleksinin premium seqmentdə yer alacağı bildirilir. Artıq dünəndən satışlara start verilib. 

"White Garden" sadəcə yaşayış kompleksi deyil, həyat tərzidir. Burada hər bir detal rahatlığınızı, estetik zövqünüzü və yüksək yaşam standartlarınızı təmin etmək üçün düşünülüb. Layihə Mərkəzi Asiyanın ən etibarlı və təcrübəli inşaat şirkətlərindən biri olan BI Group tərəfindən inşa olunur", - Şirkətin məlumatında bildirilir.

“White Garden” 19 mərtəbədən ibarət, 130 geniş mənzili olan premium sinif yaşayış kompleksidir. Qiymətlər 1 kvadrat metr üçün 4100 manatdan başlayır və 5520 manatadək davam edir

"White Garden" layihəsinin 2027-ci ilin 4-ci rübündə təhvil verilməsi planlaşdırılır.

Qazaxıstanın "BI Group” şirkəti yalnız Mərkəzi Asiyada deyil, həm də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərir.

Əlavə edək ki, Azərbaycanın aparıcı şirkətlərindən olan “AS Group” da “BI Group” ilə tərəfdaşlıq çərçivəsində "4You Baku" premium yaşayış kompleksinin tikintisini həyata keçirəcək. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Bİ Group White Garden Bakı Ağ Şəhər yaşayış kompleksi premium layihə tikinti sektoru daşınmaz əmlak AS Group strateji tərəfdaşlıq 4You Baku inşaat layihəsi Mərkəzi Asiya şirkətləri Qazaxıstan Babək prospekti Xəqani Rüstəmov küçəsi premium mənzillər Bakı tikinti bazarı developer şirkət əmlak satışı
05.11.2025 12:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18