Azərbaycan startapı ümumi dəyəri 70 min dollardan çox olan müqavilələr bağlayıb
"Astana Hub" tərəfindən “Google for Startups” tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq Silkway Accelerator proqramının altıncı mərhələsi başa çatıb. Yeni mərhələ regional startap ekosisteminin güclü potensialını bir daha nümayiş etdirib: proqramın məzunları ümumilikdə 550 min ABŞ dolları həcmində investisiya cəlb edib və 1,4 milyon dollarlıq ilkin öhdəliklər əldə ediblər.
"Astana Hub"ın yaydığı məlumatda bildirilir ki, iştirakçıların seçimi bir neçə mərhələdə aparılıb – 180 müraciətdən yalnız 15 startap yüksək miqyaslanma potensialına görə seçilib, onlardan 11-i isə akseleratoru uğurla başa vurub. Bu mərhələdə Qazaxıstan, Tacikistan, Azərbaycan və Monqolustan kimi ölkələrdən olan texnoloji şirkətlər iştirak ediblər. Onlar fintech, e-ticarət, süni intellekt, logistika, səhiyyə, təhsil və biznes proseslərinin avtomatlaşdırılması sahələrində fəaliyyət göstərirlər. Bütün iştirakçılar PMF və ya Scale mərhələsində olub və bazarda real tələbatı olan, istifadəyə hazır həllər təqdim ediblər.
Proqramın yekun mərhələsi olan "Demo Day" tədbiri Qazaxıstanın paytaxtı Astanada keçirilən “Digital Bridge 2025” beynəlxalq texnologiya forumu çərçivəsində baş tutub. 12 həftəlik intensiv proqram ərzində startaplar qlobal ekspertlər və mentorlar tərəfindən dəstək alıb, inkişaf strategiyalarını formalaşdırıb, biznes proseslərini optimallaşdırıb və beynəlxalq bazarlara çıxış üçün hazırlıq görüblər. Onlara pulsuz yaşayış və ofis sahəsi, Google-un qlobal bilik bazasına çıxış və miqyaslanma üzrə müntəzəm təlimlər təqdim olunub.
Altıncı mərhələnin ən uğurlu iştirakçılarından biri Azərbaycan startapı “Tryverse” olub. Şirkət dizayn, vizuallaşdırma, marketinq və satış üçün vahid platforma təklif edir və fiziki məhsulları interaktiv 3D rəqəmsal modellərə çevirir. “Tryverse” bahalı və uzun çəkən məhsul çəkilişlərini 3D məzmunla əvəz edərək veb və reklam platformalarında təkrar istifadə imkanı yaradır.
“Akselerator müddətində aylıq gəlirimizi iki dəfədən çox artırdıq və müxtəlif regionlardan böyük brendlərlə 70 min dollardan çox dəyərində yeni müqavilələr bağladıq. İllik gəlirimiz 130 min dolları ötüb. Artıq mənfəətli fəaliyyət göstəririk və müştəri bazamız sürətlə artır. İndi məqsədimiz Türkiyə və MENA bazarlarına genişlənmək, 50-dən çox korporativ müştərini cəlb etmək və ‘Shopify’ kimi əsas e-ticarət platformaları ilə inteqrasiyadır. Uzunmüddətli hədəfimiz qlobal onlayn bazarlar üçün standart 3D həllə çevrilməkdir,” – deyə “Tryverse”in həmtəsisçisi Orxan Məmmədov bildirib.
Astana Hub-un Biznes Proqramları Ofisinin direktoru Yerbol Axmetov bildirib ki, bu cür təşəbbüslər rəqəmsal ixrac gəlirlərinin artırılması istiqamətində mühüm rol oynayır:
“Prezident 2026-cı ilə qədər rəqəmsal ixrac gəlirlərini 1 milyard dollara çatdırmağı hədəf qoyub. ‘Silkway Accelerator’ startapları artıq ABŞ, Meksika və MENA bazarlarında fəaliyyət göstərir və real qlobal rəqabət qabiliyyəti nümayiş etdirir. Altı mərhələdə iştirakçıların ümumi dəyəri 575 milyon dollara, cəlb edilən investisiyalar isə 47,7 milyon dollara çatıb.”
Silkway Accelerator bölgənin ən böyük və iddialı startap akseleratorlarından biridir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Monqolustandan olan texnoloji layihələri bir araya gətirir. Proqram qlobal bazarlara çıxış imkanı, qlobal ekspertizaya giriş və regional rəqəmsal iqtisadiyyatın davamlı inkişafına dəstək təmin edir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 34 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb

























