Güzəşt ləğv olunur, maaşdan vergi ödəniləcək - ŞƏRTLƏR MƏLUM OLDU
7 illik vergi güzəşti ləğv olunur. Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmayacaq. 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək. Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq. Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat, eləcə də 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.
Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:
2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
İş elanlarına Azvak.az saytında bax
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.
Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:
Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;
Gəlir vergisi: 30 ₼
DSMF ayırmaları: 86,00 ₼
İşsizlikdən sığorta haqqı: 5,00 ₼
İcbari tibbi sığorta: 20,00 ₼
Tam əməkhaqqı: 859 ₼
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 saat sonra
- 13 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 17 d. əvvəl
- 27 d. əvvəl
-
29 d. əvvəl
Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər
- 36 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər
-
46 d. əvvəl
Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq
-
1 saat əvvəl
“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
-
1 saat əvvəl
KIA-dan maraqlı addım: Elektrikli avtomobil alanlara “benzin qoxusu” hədiyyə edilir
-
1 saat əvvəl
Tesla-da proqram təminatı və batareya problemləri: 76 mindən çox avtomobil geri çağırıldı
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

Gələn il də minimum maaş 400 manat olacaq

Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq

“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
Ən çox oxunanlar

KIA-dan maraqlı addım: Elektrikli avtomobil alanlara “benzin qoxusu” hədiyyə edilir

Tesla-da proqram təminatı və batareya problemləri: 76 mindən çox avtomobil geri çağırıldı

Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər - 200 min manatdan 400 min manata!

“Park Yasamal”da uzunömürlülük və komfort ventilyasiyalı fasadla təmin olunur - "Kristal!"

SOCAR ABB şirkətilə innovativ texnologiyalar ilə resursların idarə edilməsi məsələsini müzakirə edib

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 %-ə yaxın artırıb
