“Bizdən Biznesə” ikinci dəfə start götürür!
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur.(®) Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının fəal dəstəkçisi olan AccessBank, növbəti dəfə “Bizdən Biznesə” startap müsabiqəsinə start verdiyini elan edir. Layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə tərəfdaşlıqda və rəqəmsal ödənişlər sahəsində qlobal lider Visa-nın dəstəyi ilə həyata keçirilir.
Artıq ikinci dəfə keçiriləcək layihənin əsas məqsədi innovativ ideyaları olan şəxsləri öz bizneslərini qurmağa ruhlandırmaq, onlara həm maliyyə, həm də mentor dəstəyi təqdim etməklə sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdir. “Bizdən Biznesə” müsabiqəsi innovasiya, sosial təsir və davamlı inkişaf prinsipləri əsasında qiymətləndiriləcək startaplar üçün yeni imkanlar qapısı açır.
Ümumi mükafat fondu 75 000 AZN təşkil edən layihə çərçivəsində I yerin qalibi 25 000 AZN, II yerin qalibi 20 000 AZN, III yerin qalibi isə 15 000 AZN məbləğində mükafat əldə edəcək. Bundan əlavə, Visa tərəfindən seçilən xüsusi layihəyə də 15 000 AZN məbləğində əlavə mükafat təqdim olunacaq.
Qeyd edək ki, ötən il baş tutan “Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edib. Bu il isə layihə daha geniş miqyasda və daha böyük dəstək paketilə həyata keçirilir.
Müsabiqənin mərhələləri aşağıdakı kimidir:
· 15 oktyabr–15 noyabr 2025 – Müraciətlərin qəbulu üçün son tarix
· 17–23 noyabr 2025 – Xüsusi komitə tərəfindən 20 uyğun biznes layihəsinin seçilməsi
· 24–30 noyabr 2025 – Seçilmiş layihələrin təqdimat mərhələsinə hazırlıq prosesi
· 2–15 dekabr 2025 – 10 finalçı layihənin müəyyənləşdirilməsi və təqdimata hazırlıq
· 22 dekabr 2025 – Qaliblərin mükafatlandırılma mərasimi
Daha ətraflı məlumat almaq üçün linkə keçid edin: https://www.accessbank.az/az/biznes/bizdenbiznese/
AccessBank innovativ ideyaların gerçəkləşməsinə və yeni bizneslərin yaranmasına dəstək missiyasını davam etdirir, gələcəyin sahibkarlarını bu təşəbbüsün bir parçası olmağa dəvət edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























