Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
Regionlarda idmanın inkişafı üçün sosial tərəfdaşlıq(®) Azərbaycan idmanında sosial məsuliyyət istiqamətində mühüm addım atılıb. Qırmızı Ürəklər Fondu, Azərbaycan Cüdo Federasiyası və “Judo SC” MMC arasında “DOJO AZƏRBAYCAN – Regionlarda Cüdonun İnkişafı Proqramı” çərçivəsində üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və “Judo SC” MMC-nin nümayəndəsi Fərid Muxtarov imzalayıblar.
Bu əməkdaşlıq, ölkənin müxtəlif bölgələrində cüdo idmanının inkişafına dəstək verməklə yanaşı, gənclərin sağlam və aktiv həyata yönləndirilməsini, inklüziv idman mühitinin yaradılmasını və regionlarda sosial inteqrasiyanın gücləndirilməsini hədəfləyir.
Proqram çərçivəsində müasir standartlara cavab verən cüdo zalları (dojo) yaradılacaq və zallar gənc idmançılar üçün zəruri avadanlıqlarla təmin olunacaq. Bu təşəbbüs idman infrastrukturunu inkişaf etdirməklə yanaşı, həm də gənclərin fiziki, mənəvi və sosial inkişafına yönəlmiş dayanıqlı bir model formalaşdıracaq.
Layihə haqqında fikirlərini bölüşən Yusif Poladov bu əməkdaşlığı Azərbaycan idmanında sosial məsuliyyət mədəniyyətinin inkişafı baxımından əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, ianəçilik və icma dəstəyinə əsaslanan layihələr sosial həmrəyliyin güclənməsinə, sağlam düşüncəli nəsillərin formalaşmasına xidmət edir.
Rəşad Rəsullu isə layihənin regionlarda cüdonun inkişafı üçün geniş imkanlar açacağına inamını vurğulayıb. O qeyd edib ki, bu əməkdaşlıq sağlam, güclü və mübarizə ruhlu gənclərin, həm də peşəkar idmançı kimi formalaşdırılması yolunda atılan mühüm addımdır.
Yeni əməkdaşlıq Azərbaycanın idman həyatında sosial məsuliyyət, vətəndaş dəstəyi və regional inkişaf prinsiplərini bir araya gətirən mühüm təşəbbüs kimi dəyərləndirilir.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























