"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
"AFB Bank" ASC 2025-ci ilin yanvar-sentyabr dövrü (cari ilin 9 ayı) üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, nəticələr bankın dayanıqlı inkişaf xəttini qoruyaraq əsas göstəricilərdə sabit artım nümayiş etdirdiyini göstərir.
Qeyd edilib ki, cari ilin 9 ayı ərzində bankın cəmi aktivləri 10%-dək artaraq 320,4 milyon manata çatıb. Bankın mənfəəti isə əvvəlki dövrə nisbətən 6% artım göstərib. Kredit üzrə faiz gəlirləri 14% artmışdır.
Depozit portfelində güclü artım və müştəri etimadı
Müddətli depozit portfeli 2025-ci ilin əvvəlindən 61% artaraq 53,2 milyon manata yüksəlib. Müştəri etimadının artması nəticəsində bank uzunmüddətli və stabil maliyyə mənbələrini daha da gücləndirdiyini təsdiqləyir.
Kredit portfelində genişlənmə və real sektorun dəstəklənməsi
AFB Bank-ın kredit portfeli 2025-ci ilin 9 ayı ərzində 30%-dək artaraq 232 milyon manata çatıb. Biznes kreditləri üzrə portfel 38% artıb. Vurğulanıb ki, bu, bankın həm biznes subyektlərinə və sahibkarlara real maliyyə dəstəyini artırdığını və ölkə iqtisadiyyatının maliyyələşdirilməsində rolunu möhkəmləndirdiyini göstərir. Pərakəndə kreditlər üzrə başdan-başa onlayn kreditləşmənin həcmi 50%-i keçmişdir. Bu göstərici, bankın fərdi müştərilərə yönəlmiş rəqəmsal həllərini genişləndirdiyini və pərakəndə seqmentdə müştəri rahatlığını ön planda saxladığını təsdiqləyir.
Strategiyada dəyişiklik
AFB Bank bu il qəbul etdiyi “Transformasiya Strategiyası” çərçivəsində dayanıqlı inkişaf və sürətli böyümə istiqamətində addımlarını gücləndirir. Bank müştəri yönümlü həllərin genişləndirilməsi, rəqəmsal məhsulların təkmilləşdirilməsi və daha əlçatan maliyyə xidmətlərinin təqdim olunması vasitəsilə bazardakı mövqeyini daha da möhkəmləndirir.
İnsan kapitalına investisiya
Bundan əlavə, bank işçi heyətini 50%-dək artırıb. Yeni əməkdaşların cəlb edilməsi bankın fəaliyyət sahələrini genişləndirməyə, xidmət keyfiyyətini yüksəltməyə və innovativ maliyyə məhsullarını daha sürətlə təqdim etməyə imkan verib. İşçi heyətinin artımı həm də bankın korporativ mədəniyyətinə yenilikçi yanaşmalar gətirərək komanda dinamikasını gücləndirib.
Bankın sürətli böyüməsi və işçi heyətinin artımı onun bazarda daha yaxşı mövqe əldə etməsinə xidmət edir və gələcəkdə müştərilərə yüksək səviyyəli xidmət təqdim etmək üçün geniş potensial yaratdığını göstərir.
AFB Bank-a Fitch-dən “B” reytinqi
Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)




.jpg)





