Qəzzada atəşkəs razılaşması — Tramp Türkiyəyə təşəkkür edib
İsrail və HƏMAS sülh planının birinci mərhələsinə dair razılaşma imzalayıb.ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında Qəzza üçün sülh planının ilk mərhələsinin imzalandığını açıqlayıb.
Marja xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında məlumat verib.
Razılaşmaya əsasən, tərəflər əsirləri qarşılıqlı azad edəcək, İsrail ordusu isə Qəzzanın müəyyən hissəsindən geri çəkiləcək.
Tramp paylaşdığı məlumatda Türkiyə, Qətər və Misirə vasitəçilik səylərinə görə təşəkkür edib.
Tramp bəyanatında bu addımı “güclü və davamlı sülhə doğru atılmış ilk addım” adlandırıb və hadisəni “tarixi və misilsiz” kimi qiymətləndirib.
“El Arabiya”nın məlumatına görə, razılaşma tam atəşkəsi, əsirlərin azad olunmasını və İsrail ordusunun Qəzzanın əvvəlcə 70%-lik hissəsindən geri çəkilməsini nəzərdə tutur. Misir mənbələri isə HƏMAS-ın atəşkəsi qəbul etdiyini, lakin silahların təhvil verilməsi şərtini qəbul etmədiyini bildirib.
Amerika Birləşmiş Ştatlarının Prezidenti:
“İsrail və HƏMAS-ın Sülh Planımızın birinci mərhələsini imzaladıqlarını elan etməkdən böyük qürur duyuram. Bu, bütün girovların çox yaxın zamanda azad ediləcəyi və İsrailin, güclü, davamlı və əbədi sülhə doğru atılan ilk addım olaraq, üzərində razılaşdırılmış xəttə doğru qoşunlarını geri çəkəcəyi deməkdir.
Bütün tərəflərə ədalətli şəkildə yanaşılacaq!
Bu gün ərəb və müsəlman dünyası, İsrail, ətraf ölkələr və Amerika Birləşmiş Ştatları üçün böyük gündür.
Bu tarixi və misilsiz hadisənin baş tutmasında bizimlə birgə çalışan Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkürümüzü bildiririk".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)
.jpg)








.jpg)




