“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
“Norm Ustalar Klubu markadan çox, bir ekosistemdir”İstənilən sahədə fəaliyyət göstərən iri şirkətlərin uzunmüddətli strategiyalarında gəlirləri artırmaq və səhmdarlara daha çox dividend qazandırmaq missiyası durur. Lakin bu missiya ilə parallel olaraq şirkətlər yalnız mənfət əldə etmək üçün deyil, həm də cəmiyyətə, ətraf mühitə və insanlara qarşı məsuliyyətli davranmağı öz strateji planında əks etdirir. Bu, iri şirkətlər tərəfindən həyata keçirilən sosial məsuliyyət proqramlarıdır ki, burada şirkətlər cəmiyyətin rifahına, ətraf mühitin qorunmasına və insanların sosial inkişafına töhfə verməyə çalışırlar.
Azərbaycanda belə şirkətlərdən biri də ölkənin ən iri sement istehsalçısı olan “NORM” ASC-dir. Bu şirkət sosial məsuliyyətini daha dərindən düşünərək cəmiyyətin rifahı, o cümlədən insanların sosial inkişafına dəstək verən iri bir sosial layihənin təşəbbüskarı və icraçısıdır. Azərbaycanın 41 rayonunu əhatə edən “Norm Ustalar Klubu” adlanan bu layihə ölkənin tikinti mədəniyyətinə dəyər verilən sosial məsuliyyət missiyasıdır.
Bu sosial layihə ilə bağlı geniş məlumatı “NORM” ASC-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Ramil Mahmudovun müsahibəsində təqdim edirik.
- Hörmətli Ramil müəllim, “Norm Ustalar Klubu” layihəsinin ideyası necə yarandı və bu təşəbbüslə şirkət hansı sosial və strateji məqsədləri hədəfləyir?
-Bildiyimiz kimi, “Norm Ustalar Klubu” layihəsi sadəcə bir loyallıq proqramı kimi deyil, bir ekosistem, peşəkar şəbəkə və platforma kimi formalaşdırılıb. Biz gördük ki, sement istehsalında ən vacib həlqə, yəni ustalar çox zaman kölgədə qalır. Halbuki, evin keyfiyyətini, müştərinin razılığını və brendə olan inamı məhz ustalar formalaşdırır.
Bu ideyadan yola çıxaraq məqsədimiz yalnız məhsul tanıtmaq deyil, peşəkar icma yaratmaq, ustalara sosial, iqtisadi və mənəvi dəyər qazandırmaq idi. Layihə həm sosial məsuliyyət, həm də uzunmüddətli brend strategiyasının bir hissəsidir. Çünki biz inanırıq. Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən.
- “Ustalar Klubu”nun fəlsəfəsi nədən ibarətdir?
-Layihənin mərkəzində “insan – ailə – peşə” üçlüyü dayanır. Biz ustaları təkcə müştəri deyil, Norm ailəsinin bir üzvü kimi görürük. Bu klub həm birlik, həm də bilik platformasıdır. Burada məqsəd ustaları sadəcə mükafatlandırmaq deyil, onları inkişaf etdirmək, tanıtmaq və cəmiyyətin önündə dəyərləndirməkdir. Ustalar özlərini bir brendin parçası kimi hiss etdikdə, bu həm onların peşə motivasiyasını artırır, həm də sənaye standartlarını yüksəldir. Bizim üçün bu layihə həm ürək işi, həm də sosial məsuliyyət missiyasıdır.
- Kluba kimlər üzv ola bilər və üzvlük prosesi necə baş verir?
-Klubun üzvü olmaq üçün usta olmaq kifayətdir, fərq etməz, o Bakıda işləyir, yoxsa bölgədə. Sadəcə “Norm Master Club” mobil tətbiqini yükləyib qeydiyyatdan keçmək, sualları cavablandırmaq və məhsul üzərindəki QR kodları skan etməklə sistemə qoşulmaq mümkündür. Bu, Azərbaycanın tikinti sahəsində ilk tam rəqəmsal loyallıq platformasıdır. Ustalar burada həm bonus toplayır, həm də maarifləndirici videolara baxır, aksiyalarda iştirak edir, təlimlərə yazılırlar. Qısa desək – bu, ustalar üçün bir məktəb və peşəkar şəbəkədir
- Norm Ustalar Klubu ustalar üçün hansı dəyərləri və üstünlükləri yaradır?
- Bizim üçün bonus sadəcə motivasiya alətidir, əsas məqsəd isə peşəkar inkişaf və sosial dəstəkdir.
Biz NORM sement olaraq ustalar üçün nə edirik? Peşəkar və texniki təlimlər keçir, sərgi, seminar və ustad dərslərində iştirak imkanı yaradırıq. Bununla yanaşı, ustalar sosial layihələrdə və idman tədbirlərində iştirak edirlər, uğurlu ustalar mediada tanıdılır və mükafatlandırılır. Bu, ustaların cəmiyyət qarşısında dəyərlərini artırır və onları daha çox fəxr hissi ilə işinə bağlayır.
- Ailələr üçün hansı sosial layihələr həyata keçirilir?
- “Norm Ustalar Klubu”nun fərqli tərəfi ondan ibarətdir ki, biz bu layihəni yalnız ustalar üçün deyil, onların ailələri üçün də nəzərdə tutmuşuq. Ustaların övladları üçün təhsil və rəsm müsabiqələri, futbol turnirləri, intellektual yarışlar, həmçinin onlayn internship proqramı həyata keçiririk. Ustaların xanımları üçün isə sosial və bacarıq inkişafı layihələri, psixoloq və həkim konsultasiyaları təşkil olunur.
Beləliklə, klub təkcə ustaların deyil, bütün ailənin rifahına yönələn sosial platformaya çevrilib. Biz inanırıq ki, ailəyə toxunan hər layihə cəmiyyətə müsbət enerji qaytarır.
- Bu günə qədər layihənin coğrafiyası necədir?
- Hazırda “Norm Ustalar Klubu” artıq 41 regionda fəaliyyət göstərir. Hər il yüzlərlə yeni usta qoşulur, çünki onlar həm sosial dəyərləri, həm də brendin etibarlılığını görürlər. Ən önəmlisi, ustalar özləri artıq Norm markasının səfirlərinə çevriliblər.
Bu layihə sayəsində Norm təkcə məhsul istehsalçısı deyil, peşəkar ekosistem yaradan lider kimi tanınır.
- Gələcəkdə “Norm Ustalar Klubu”nu necə inkişaf etdirməyi planlaşdırırsınız?
- Növbəti mərhələdə biz layihəni daha da rəqəmsallaşdırmağı və sertifikasiya mərhələsinə keçirməyi planlaşdırırıq.
Artıq ustalar üçün rəsmi sertifikasiya imtahanları keçirilir və gələcəkdə bu, bütün sənaye üzrə peşə standartı rolunu oynayacaq.
Hədəfimiz ustaları sadəcə müştəri deyil, Norm innovasiya platformasının bir hissəsinə çevirməkdir. Onların təcrübəsini və təkliflərini məhsul innovasiyalarına inteqrasiya etmək istəyirik.
- Bu layihə sizin liderlik baxışınızda hansı yeri tutur?
- Mənim üçün bu layihə rəhbərlik fəaliyyətimin ən dəyərli hissələrindən biridir. Çünki bu, sadəcə marketinq və ya PR layihəsi deyil – insana, ailəyə və peşəyə dəyər verən liderlik fəlsəfəsidir. “Norm Ustalar Klubu” mənim üçün sübutdur ki, hər böyük brendin gücü onun yaratdığı ekosistemdə gizlidir. Bu layihə vasitəsilə biz bazar liderliyini sosial liderliklə birləşdiririk. Mən inanıram ki, məhz belə təşəbbüslər ölkəmizdə sənaye mədəniyyətini və sosial məsuliyyəti yeni mərhələyə qaldıracaq.
- Müsahibəyə görə, təşəkkür edirik.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© FED
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
40 d. əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
17 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 20 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















