Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
Bank “BTB” ASC, Müştəri xidmətləri departamenti, Nəzarət şöbəsinin Mütəxəsəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Müştəri xidmətləri departamenti, Nəzarət şöbəsinin Mütəxəsəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssisi
İş barədə məlumat:
Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir;
Müştərilərlə aparılan bütün növ hesablaşma-kassa əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir;
Əməliyyatlara nəzarət edərkən hər hansı bir nöqsan, çatışmazlıq müəyyən edilərsə, əməliyyatın icrasını dayandırır və sənədləri icraçıya qaytarır;
Müştərilərin hesablarına qoyulmuş inkasso sərəncamlarının, vergi, gömrük orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların uçotunu aparır və onların icrasına nəzarət edir;
Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
MXD-nin gündəlik kassa sənədlərinə nəzarət edir;
Müştəri xidmətləri şöbəsi tərəfindən müştərilərə hesabların düzgün açılmasına nəzarəti həyata keçirir və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
Ödəniş kartların hazırlanması ilə bağlı müştəri xidməti şöbəsindən daxil olmuş sifarişləri Bankın Baş ofisinə ötürür və onların hazırlanması və filiala çatdırılması proseslərini izləyir;
Verilmiş kreditlərin təminatları ilə bağlı, o cümlədən həyat sığortası ilə bağlı sığorta müqavilələrinin müddətlərinə nəzarət edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır;
Kredit işinin qanunvericiliyə, bankdaxili siyasət və qaydalara uyğun aparılmasına nəzarət edir;
Kredit moduluna daxil edilmiş məlumatları yoxlayır və avtorizasiya edir;
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qüvvədə olan qanunvericiliyə riayət edilməsinə və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları hazırlayır;
Müştəri hesabları üzrə aparılan bütün əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır;
Kredit dosyelərinin saxlanılmasını və kredit dosyeləri üzrə hesabatlığın aparılmasını təmin edir;
Şöbənin kargüzarlıq işini Bankdaxili qaydalara uyğun olaraq təşkil edir, şöbəyə daxil olan korrespondensiyaların qəbulunu, qeydiyyatını, işlənməsini həyata keçirir;
Daxili qaydalara uyğun olaraq PL/TMM sahəsində fəaliyyətin təşkili və icrasını təmin etmək;
Səlahiyyətli şəxsin və MXD-nin direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
Ali iqtisadi təhsil;
Bank sektorunda ən azı 3 il iş təcrübəsi;
Dəqiqlik;
Nəzarətetmə bacarığı;
Liderlik bacarıqları;
MC office proqramında işləmək bacarığı.
Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Əlverişli iş mühitində çalışmaq imkanı.
Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Karyera və inkişaf perspektivləri;
Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri departamenti, Nəzarət şöbəsinin Mütəxəsəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
5 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
-
5 saat əvvəl
"Legion Financial” şirkətinin 220 000 manatlıq yeni səhmlərini 3 investor əldə edib
-
-
6 saat əvvəl
İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib
- 6 saat əvvəl
-
6 saat əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
7 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
7 saat əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
Ən çox oxunanlar
ABB-dən “Fayda Max Abunəlik” proqramı
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti




















