Mərkəzi Bank kritik qərarını açıqlaya bilər

18 sentyabr 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin növbəti toplantısı keçiriləcək.
"Marja"nın məlumatına görə, iclasda faiz dəhlizinin parametrləri növbəti dəfə müzakirə ediləcəkdir.
Mərkəzi Bankın iclasdan sonra açıqlama yayacağı gözlənilir. Açıqlama 19 Sentyabr 2017-ci il tarixində də mətbuata təqdim edilə bilər.
Mərkəzi Bank tərəfindən izafi pul təklifinin sterilizasiyası məqsədilə depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar aparılır. Sterilizasiya əməliyyatı - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%-15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10,1%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.
Əgər faiz dəhlizinin (aşağı həddi 10%, yuxarı həddi 18%) aşağı həddi aşağı salınarsa, Mərkəzi Bank depozit hərraclarında və notların yerləşdirilməsində banklardan manat kütləsini daha aşağı faizlə yığa bilər. Son hərraclar zamanı tələb təklifi üstələyir. Sadə dildə desək, banklar 10,1% ildə daha çox vəsaiti banklarda yerləşdirməkdə maraqlıdırlar. Mərkəzi Bank isə 100 milyon manatdan çox cəlb etmir. Faizin aşağı düşməsi bankların depozit hərraclarına və notlara marağını azalda bilər. Belə olan halda banklar vəsaitləri yerləşdirmək üçün başqa alətlər axtarmalı olacaqlar. Nəticədə də, dövriyyədən yığılan manat kütləsi azala bilər. Adətən faizlərin aşağı salınması milli valyutanın ucuzlaşmasına səbəb olur.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir.
Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin parametrlərini dəyişməməsini aşağı şəkildə izah etmişdi.
“Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb”.
İNFLYASİYA SABİT QALIB
2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 saat sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
7 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
