Dollar dəyər itirməyə davam edir - QLOBAL BİRJALARDA SON VƏZİYYƏT
ABŞ-ın əmək bazarına dair göstəricilərin dərc olunmasından sonra beynəlxalq birjalarda dollar major valyutalar qarşısında dəyər itirməyə davam edir, qızıl isə tarixi maksimum səviyyəsini yeniləyib.
Ötən həftə açıqlanan zəif statistik nəticələr investorlarda Federal Ehtiyatlar Sisteminin (FED) sentyabr iclasında uçot dərəcəsini azaldacağına dair inamı gücləndirib. Bəzi ekspertlər hətta faiz dərəcəsinin birdən-birə 50 baza bəndi endirilə biləcəyini istisna etmirlər.
EUR/USD valyuta cütlüyü 1.17030 səviyyəsindən 1.17780 səviyyəsinədək yüksəlib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34820 həddindən bahalaşaraq 1.35770 həddinə kimi artıb. USD/JPY cütlüyü isə 148.570 səviyyəsindən 146.900 səviyyəsinədək kəskin enib. Qızıl ötən ayın sonunda başlayan artım tendensiyasını davam etdirir. Qiymətli metalın bir unsiyasının dəyəri bu gün 3658$-a qədər yüksələrək yeni rekord həddi müəyyən edib.
Bazar günü “OPEC+” ölkələrinin nümayəndələrinin keçirilmiş görüşün yekununda iştirakçılar oktyabr ayı üçün neft hasilatının maksimal icazə verilən səviyyəsini sentyabr göstəricisi ilə müqayisədə sutkada 137 min barel artırmaq barədə qərar qəbul ediblər. Bunun fonunda “Brent” markalı neftin bir barel üçün qiyməti ilk olaraq 67.30$-a qədər artıb, daha sonra isə “qara qızıl” 66$-a kimi geriləyib. Hazırda neftin qiyməti 66.70$ ətrafında ticarət olunur.
Bazar ertəsi Almaniyada açıqlanmış məlumatlara əsasən, ölkənin Ticarət Saldosu iyul ayında 15.4 milyard avrodan 14.7 milyard avroya kimi zəifləyib. Almaniyanın Sənaye Sektorunda İstehsal Həcmi isə iyun ayında 0.1% azaldıqdan sonra iyul ayında 1.3% artıb. Həmçinin, Yaponiyanın ÜDM-i rüblük ifadədə 0.5% artıb.
İnvestorlar çərşənbə günü ABŞ-da açıqlanacaq İstehsal Qiymətləri İndeksi (PPI) və cümə axşamı Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarını diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























