Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi
İsveçrənin qida nəhəngi Nestle şirkəti, İcraçı direktoru Laurent Freixe-nin bir şirkət əməkdaşı ilə gizli romantik münasibətini açıqlamaması səbəbilə vəzifəsindən qəfil azad edildiyini açıqlayıb. Bu qərar, Freixe-nin vəzifəyə təyin edilməsindən düz bir il sonra verilib.
Marja.az xəbər verir ki, Şirkət, KitKat-dan Nesquik-ə qədər məhsulları ilə tanınan Nestle-də İcraçı direktoru vəzifəsinə, Nespresso kahvə bölməsinin rəhbəri olan təcrübəli menecer Philipp Navratil-in təyin edildiyini bildirib.
İcraçı direktorun qəfil vəifədən azad edilməsi, Nestle üçün çətin istehlakçı mühiti və ABŞ-ın ticarət tariflərinin yaratdığı narahatlıq fonunda daha çox dəyişkənliyə səbəb ola bilər.
Nestle, Freixe-nin vəzifədən azad edilməsinin, İdarə Heyətinin sədri Paul Bulcke və Müstəqil Direktor Pablo Isla tərəfindən aparılan araşdırma nəticəsində şirkətin etik qaydalarını pozan gizli romantik münasibətlə əlaqəli olduğunu açıqlayıb.
Paul Bulcke deyib: “Bu zəruri bir qərar idi. Nestle-nin dəyərləri və idarəetməsi şirkətimizin möhkəm təməlidir. Laurentə uzun illər ərzində verdiyi xidmətlər üçün təşəkkür edirik.”
Şirkət iyunda açıqlamışdı ki, uzun müddət sədrlik edən Paul Bulcke gələn il vəzifəsindən ayrılacaq.
Reuters-ə danışan şirkət nümayəndəsi bildirib ki, Freixe ilə birbaşa əməkdaşı arasında ola biləcək münasibət barədə ilkin narahatlıqlar yaz mövsümündə ortaya çıxıb. İdarə Heyəti dərhal araşdırma aparsa da, ilkin nəticələr qənaətbəxş olmayıb.
Narahatlıqlar davam etdikcə şirkət ikinci araşdırmanı həyata keçirib. Bu araşdırma Bulcke və Isla tərəfindən, xarici bir şirkətin dəstəyi ilə aparılıb və Laurent Freixe-nin bir işçi ilə münasibəti təsdiqlənib. Freixe ilkin mərhələdə bu münasibəti idarə heyətinə inkar etmişdi.
Nestle bildirib ki, vəzifəsindən azad edilən rəhbər hər hansı çıxış pulu almayacaq.
Bu qəfil dəyişiklik, Freixe-nin əvvəlki İcraçı Direktoru Mark Schneider-in vəzifədən çıxarılmasından düz bir il sonra baş verir. Şirkət strategiya və məqsədlərdə dəyişiklik etməyəcəyini bildirib, amma bu, Nestle-nin ortamüddətli istiqaməti barədə suallar yaradır. JP Morgan analitikləri qeyd ediblər ki, “Bu dəyişiklik şirkətin orta müddətli istiqaməti barədə sualları canlı saxlayacaq.”
Nestle səhmləri son bir ildə 17% düşərək rəqibləri və ümumi bazardan geri qalır.
Bu qəfil direktor dəyişikliyi, 2025-ci ildə qlobal istehlak malları və qida şirkətlərində baş verən idarəetmə dəyişikliklərinin növbəti nümunəsidir. Nestle ilə rəqabət aparan Unilever, Diageo və Hershey-də də oxşar dəyişikliklər olub.
Philipp Navratil Nestle-də karyerasına 2001-ci ildə daxili auditor kimi başlayıb. Mərkəzi Amerikada müxtəlif kommersiya vəzifələrində çalışdıqdan sonra 2009-cu ildə Nestle-nin Honduras üzrə ölkə meneceri təyin edilib. 2013-cü ildə Meksikada kahvə və içki biznesinə rəhbərlik edib, 2020-ci ildə Nestle-nin Strateji qəhvə biznes bölməsinə keçib. 2024-cü ilin iyulunda Nespresso-ya keçib və bu ilin yanvar ayının 1-də Nestle-nin icra heyətinə qoşulub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















