MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı
(®) ABB müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib.
İndi MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alışı üçün ilkin razılığın əldə olunması məqsədilə bank filialına gəlməyə gərək yoxdur. İlkin razılığı ABB Home platforması üzərindən onlayn əldə etmək olar. Müştəri bununla vaxtına qənaət edir, ipoteka kreditinin əldə olunması prosesi sürətlənir.
Ölkəmizdə ipoteka bazarının lideri olan ABB-nin bu platformanı yaratmaqda məqsədi ipoteka ilə bağlı bütün xidmətləri bir platforma üzərindən çevik şəkildə təqdim etməkdir. ABB Home getdikcə təkmilləşdirilməklə beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə rəqəmsal ipoteka ekosistemi kimi formalaşdırılmaqdadır.
ABB Home-da ipoteka kreditləri ilə bağlı bütün suallara cavab tapmaq olar. Belə ki, müştərilər burada şəxsi məlumatlarını daxil edərək özlərinə düşə biləcək kredit məbləğini hesablaya, ipoteka krediti verən ABB filiallarının ünvanını öyrənə, ipoteka kabineti vasitəsilə sənədlərini onlayn şəkildə əldə edib ipoteka krediti üçün müraciət prosesini buradan apara bilərlər.
Burada ipoteka krediti ilə mənzil almaq istəyənlər üçün süni intellekt modelləri əsasında çalışan “Əmlakın qiymətini öyrən” aləti də tətbiq olunur. Müştərilər platforma üzərindən Bakı şəhəri ərazisində yerləşən mənzillərin qiymətini asanlıqla öyrənirlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
44 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
Ən çox oxunanlar
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























