TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı olub
Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən TuranBank 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azərbaycanda keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının Azərbaycan Banklar Assosiasiyası çərçivəsində rəsmi tərəfdaşıdır.
Bankın yaydığı press-relizdə qeyd edilib ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə “ICPC Foundation”ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin dəstəyi ilə təşkil edilir.
Tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini inkişaf etdirməyə xidmət edən müsabiqənin Dünya Finalında 70-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günü əhatə edəcək müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.
Xatırladaq ki, ölkəmizi təmsil edən tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilmiş Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalında Azərbaycanı ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.
TuranBank bundan sonra da belə mühüm layihələrə tərəfdaşlıq etməklə ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, gənc nəslin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verəcək.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 18 d. əvvəl
- 31 d. əvvəl
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























