PAŞA Kapital ilə 11.5%-lik illik gəlirli BirKart BOKT istiqrazlarına investisiya imkanı
Yerli kapital bazarlarında uğurlu anderrayter layihələrinin davamı olaraq PAŞA Kapital bu dəfə investorlar üçün yeni investisiya imkanı təqdim edir.
Şirkət, Kapital Bank-ın təsisçisi olduğu BirKart BOKT MMC-nin istiqrazlarının abunə yazılışına start verib.
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin anderrayteri olduğu istiqrazların əsas xüsusiyyətləri:
· Nominal dəyər: 100 AZN;
· Gəlirlilik faizi: İllik 11.5%;
· Buraxılış həcmi: 2 000 000 AZN;
· Ödəmə periodu: aylıq;
· Tədavül müddəti: 12 ay
· Növü: Sənədsiz, adlı, faizli, təmin edilməmiş
İstiqrazları əldə etmək istəyən investorlar 09 sentyabr 2025-ci il tarixinədək PAŞA Kapital-a https://onboarding.pashacapital.az/ - bu link vasitəsilə müraciət edib fürsətdən yararlana bilər.
Fəaliyyəti partnyor mağazalarda və digər satış nöqtələrində müştərilərə faizsiz taksit imkanı təqdim etməkdən ibarət olan BirKart BOKT MMC, müştərilərə mağazadan kənara çıxmadan kartı rəsmiləşdirərək, məhsul və xidmətləri faizsiz taksit şərtləri ilə əldə etmək imkanı yaradır. Yaxın dövrdə daha bir neçə filialın açılması və qanunvericiliklə icazə verilən digər xidmətlərin təqdim olunması da planlaşdırılır.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
43 d. əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
4 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Ən çox oxunanlar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























