Tanınmış lombard şirkəti 6 milyon manatlıq istiqraz buraxır - ŞƏRTLƏR
"GL" Açıq Səhmdar Cəmiyyəti ("Sizin Lombard" brendi) 6 milyon manatlıq istiqraz buraxır.
Marja.az xəbər verir ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 1000 manat, sayı 6000 ədəddir.
İstiqrazların illik gəlirlik dərəcəsi 15 faiz, faiz ödəniş dövrünün müddəti 30 gündən bir, tədavül müddəti 7 ildir.
Emissiyanın anderrayteri "İNVEST-AZ Investisiya Şirkəti" QSC-dir.
Emissiyanın məqsədi cəmiyyətin borc öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsini təmin etməklə maliyyə vəziyyətinin möhkəmləndirilməsidir. Bu, cəmiyyətin maliyyə dayanıqlılığını artırmaqla yanaşı, onun fəaliyyətinin səmərəli və davamlı şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır.
Qeyd edək ki, "GL" ASC 2024-cü ili 3 milyon 35 min manat xalis mənfəət ilə başa vurub. 31 dekabr 2024-cü il tarixində Şirkətin cəmi aktivləri 52 milyon 925 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 46 milyon 272 min manata çatmışdı.
"GL" ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli lombard kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir. Bu fəaliyyət ilə əlaqədar olaraq, cəmiyyət 2022-ci ildə kredit sayı 31 min 95 olaraq 68 milyon 488 min 823 manat, 2023-cü ildə isə kredit sayı 34 min 250 olaraq 77 milyon 461 min 347 manat, 2024-cü ildə isə kredit sayı 39 min 882 olaraq 96 milyon 660 min 513 manat həcmində kredit vermişdir. Bundan əlavə, emitent kimi qiymətli kağızların emissiyasını həyata keçirən kommersiya hüquqi şəxsdir. 2024-cü il ərzində kütləvi təklif üsulu ilə Bakı Fond Birjasından 6 milyon 600 min manat həcmində istiqraz yerləşdirmişdir.
"GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
24 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 36 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb

























