Yemdən zəhərlənmiş heyvanlara görə 26 min manata yaxın sığorta ödənişi edildi
Aqrar Sığorta Fondu ötən həftə Göygöl rayonunda keçirilən Milli Yaylaq Festivalı çərçi vəsində heyvandarlıq sığortası üzrə növbəti ödənişlər həyata keçirib.
Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə iri (inək, camış) və xırda buynuzlu (qoyun, keçi) heyvanları sığortalamaq mümkündür. Bu mexanizmi heyvandarlıq təsərrüfatlarını təbii fəlakətlər, yoluxucu xəstəliklər, yemdən, otdan və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və sair risklərdən sığortalayır. İndiyədək çoxsaylı fermerlər heyvandarlıq sığortasından faydalanıbğ və tələf olmuş heyvanlara görə Aqrar Sığorta Fondundan sığorta ödənişləri alıblar.
15-17 avqust tarixlərində Göygöl rayonunda keçirilən Milli Yaylaq Festivalında iştirak edən Aqrar Sığorta Fondu tərəfindən Göygöl və Samux rayonlarından olan fermerlərə sığorta ödənişləri həyata keçirilib.
Samux rayonundan olan fermer Qalib Abdullayevə 1 baş heyvanın yemdən zəhərlənərək tələf olmasına görə 4 500 manat, fermer Təbriz Əzizova 3 baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə 9 450 manat, fermer Emin Heydərova isə 3 baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə 13 500 manat məbləğində aqrar sığorta ödənişi edilib.
Göygöl rayonundan olan fermer Bəhruz Mustafa isə bir neçə baş heyvanın yemdən zəhərlənməsi və yoluxucu xəstəlikdən tələf olmasına görə Aqrar Sığorta Fondundan 25 997 manat məbləğində sığorta ödənişi alıb.
Aqrar Sığorta Fondunun nümayəndəsi Fərid Osmanlı bildirib ki, kənd təsərrüfatı heyvanlarının sığortası aqrar sığortanın əsas istiqamətlərindəndir. Belə ki, 2024-cü ildə Fond tərəfindən edilmiş 6,4 milyon manat sığorta ödənişinin 1,2 milyon manatı heyvandarlıq sığortası üzrə edilib.
2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən artım 84% təşkil edib.
Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min AZN, ötən illə müqayisədə artım 65% təşkil edib. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747 min AZN təşkil edib.
3 baş heyvanın tələf olmasına görə Aqrar Sığorta Fondundan 13 500 manat sığorta ödənişi alan fermer Emin Heydərov aqrar sığorta mexanizminin işindən olduqca razı qaldığını bildirərək digər fermerləri də bu imkandan istifadə etməyə çağırıb: "Ətrafımdakı bütün fermerləri aqrar sığortadan istifadə etməyə ,heyvanlarını sığortalamağa çağırıram".
Xatırladaq ki, heyvandarlıq sığortası üzrə tariflər 4,6-4,8% arasındadır. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi məbləğ ödəməklə iri və xırda buynuzlu heyvanlarını sığorta edə bilərlər. Nəticədə 1000 manatlıq inək və camışın sığortası 24,5 manat, 300 manatlıq qoyunların sığortası isə cəmi 6,9 manata başa gəlir.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
5 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 7 saat əvvəl
-
7 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək






























