Tramp: Yaxın vaxtlarda çiplərə də əlavə gömrük rüsumları tətbiq edəcəm
ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın vaxtlarda ölkəyə idxal olunan çiplərə əlavə gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Onun sözlərinə görə, bu qərar "gələn həftə və ya təxminən o dövrdə" qüvvəyə minəcək. Buna səbəb kimi, Trampın qısa müddətdə çip istehsalının ABŞ ərazisinə köçürülməsi istəyi qeyd olunur. Bundan əlavə, o, həmin müddət ərzində dərman məhsullarına da əlavə rüsumlar tətbiq edəcəyini elan etməyi planlaşdırır. Bu rüsumların miqdarı 250%-ə qədər ola bilər.
ABŞ Prezidenti həmçinin Hindistana qarşı əlavə gömrük rüsumları tətbiq etməklə təhdid edib, çünki Dehli hələ də Rusiya neftini almağa davam edir. “Ticarət müharibələri” dünya iqtisadiyyatının gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.
Bundan başqa, Tramp yaxın vaxtlarda Federal Ehtiyatlar Sisteminin (FED) idarə heyətində Adriana Kuglerin yerinə təyin ediləcək namizədi açıqlayacağını bildirib. Kugler ötən həftənin sonunda 8 avqustdan etibarən istefa vermək niyyətində olduğunu açıqlamışdı. Tramp həmçinin FED-in yeni rəhbəri vəzifəsinə namizədini də yaxın zamanda açıqlayacağını vəd edib.
Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda dollar təzyiq altında qalmağa davam edir. EUR/USD valyuta cütlüyü ötən gün 1.15280 səviyyəsinə kimi ucuzlaşdıqdan sonra artıb və bu gün 1.15880 səviyyəsinə qədər yüksəlib. Eyni müddət ərzində USDJPY cütlüyü 1.32600 həddindən 1.33150 həddinə qədər bahalaşıb.
Avqustun 5-də ABŞ-ın Təchizatların İdarə Edilməsi İnstitutunun (ISM) dərc etdiyi məlumatlara əsasən, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) iyul ayında 50.8 bənddən 50.1 bəndədək azalıb. Məşğulluq İndeksi isə 47.2 bənddən 46.4 bəndədək geriləyib.
Digər tərəfdən, “S&P Global” tərəfindən hesablanan xidmət sektorunda PMI iyul ayında 52.9 bənddən 55.7 bəndədək yüksəlib. Kompozit PMI isə iyulda əvvəlki ayla müqayisədə 52.9 bənddən 55.1 bəndədək artıb.
Eləcə də, ABŞ-ın iyun ayında xarici ticarət balansının kəsiri əvvəlki ayla müqayisədə 16% azalaraq 60.2 milyard dollar təşkil edib. İyun ayında ixrac 1.3 milyard dollar (0.5%) azalaraq 277.3 milyard dollar təşkil edib. İdxal isə 12.8 milyard dollar (3.7%) azalaraq 337.5 milyard dollara düşüb.
2025-ci ilin iyul ayında Avrozonanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) 50.5 bənddən 51 bəndə qədər yüksəlib. Açıqlanan göstərici analitiklərin 51.2 bəndlik proqnozunun altında qalsa da, xidmət sektorunda mart ayından bəri ən sürətli artımı əks etdirib. Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyanın xidmət sektorunda PMI isə 49.7 bənddən 50.6 bəndədək artıb.
Bu gün ABŞ-da kommersiya məqsədli neft ethiyatları ilə bağlı dərc olunacaq rəqəmlər “qara qızıl”ın beynəlxalq birjalarda qiymətinə təsir edə bilər. Həmçinin, Almaniyada açıqlanacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi və Böyük Britaniyada dərc olunacaq Tikinti Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların marağına səsəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























