Apple Pay artıq Ziraat Bank Azərbaycanda!
Ziraat Bank Azərbaycan təhlükəsiz və rahat ödəniş üsulu olan Apple Pay xidmətini istifadəyə verib.
Bankın yaydığı press-relizdə bildirilir ki, Ziraat Bank Azərbaycan müştəriləri artıq Bankkart VISA və Mastercard kartları ilə Apple Pay vasitəsilə ödənişlərini təhlükəsiz və konfidensial şəkildə həyata keçirə bilərlər.
Apple Pay ilə ödəniş etmək çox asandır. Müştərilər sadəcə iPhone və ya Apple Watch cihazlarından istifadə edərək Ziraat Bank Azərbaycan kartları ilə sürətli və rahat ödəniş edə bilərlər.
Apple Pay – mağazalarda, onlayn alış-verişdə və mobil tətbiqlərdə istifadə üçün nəzərdə tutulmuş rahat, təhlükəsiz və sürətli ödəniş üsuludur. Bankın müştəriləri artıq iPhone, Apple Watch, iPad və Mac cihazları vasitəsilə Ziraat Bank Azərbaycan kartları ilə fiziki karta ehtiyac olmadan ödəniş edə bilərlər.
pple Pay ilə alış-veriş zamanı kart təqdim etməyə, fiziki düymələrə toxunmağa və nağd pula ehtiyac yoxdur.
Ziraat Bank Azərbaycanın kartlarını Apple Pay-də aktivləşdirmək çox asandır:
• Ziraat Bank Azərbaycan mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin;
• “Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin;
• Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad və ya Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edin.
Apple Pay, müştərilərin alış-verişlərini konfidensial və təhlükəsiz saxlamaq üçün Apple cihazına inteqrasiya olunmuş təhlükəsizlik funksiyalarından istifadə edir. Bütün əməliyyatlar iPhone, iPad və ya Mac cihazında Face ID, Touch ID və ya cihazın şifrəsi ilə, Apple Watch-da isə iki dəfə yan düyməyə toxunmaqla təsdiqlənir. Bu funksiyalar yalnız cihaz sahibinin Apple Pay ilə ödəniş edə bilməsi üçün nəzərdə tutulub. Müştərinin kartının faktiki nömrəsi nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Ödəniş zamanı kart nömrəsi satıcı ilə paylaşılmır- bu isə əlavə təhlükəsizlik və fırıldaqçılığa qarşı əlavə qorumanı təmin edir.
Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazası və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Ziraat Bank Azərbaycan mobil tətbiqini növbəti linkdən yükləyə bilərsiniz: https://ziraatbank.az/app-redirect-link
Apple Pay haqqında ətraflı məlumatı növbəti linkdən əldə edə bilərsiniz: https://ziraatbank.az/az/apple-pay-service
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
1 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
























