"Bu, Serbiyaya Azərbaycan qazı almağa imkan verəcək"
Şimali Makedoniya ilə interkonnektorun tikintisi Serbiyaya tədarük mənbələri və istiqamətlərinin şaxələndirilməsini nəzərdə tutur.
Bunu Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, Serbiyaya Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərini birləşdirən Cənub Qaz Dəhlizi sistemi vasitəsilə Azərbaycan qazı almağa imkan verəcək.
“Bu baxımdan biz Azərbaycan qazının davamlı, etibarlı və arta bilən idxalı üçün möhkəm təməl yaradırıq”, - nazir bildirib.
D.C.Handanoviç xatırladıb ki, Kalotina bölgəsində qaz kəmərinin tikintisi artıq başa çatıb və bu, Azərbaycan qazının ölkəyə tədarük edildiyi yeganə marşrutdur.
O dəqiqləşdirib ki, hazırda ölkənin qaza olan tələbatının əsas hissəsi "Balkan axını" hesabına təmin edilir: “Biz xüsusilə bir təchizatçıdan asılılığın azaldılması səyləri baxımından Azərbaycan qazını əsas alternativ mənbə hesab edirik”.
Serbiyalı nazir qeyd edib ki, Azərbaycanla son bir neçə ildə formalaşmağa başlayan tərəfdaşlıq enerji dayanıqlılığının təmin edilməsində mühüm mərhələ və bir neçə onillikdən sonra qaz təchizatının şaxələndirilməsində ilk addım oldu. İmzalanmış sazişlər 2026-cı ilə qədər ildə 400 milyon kubmetrə yaxın qaz tədarükünü nəzərdə tutur. Gələcəkdə bu həcm 2,5 dəfə artırılaraq 1 milyard kubmetrə çatdırıla bilər:
“Ümid edirik ki, yaxın vaxtlarda yeni müqavilələrin imzalanması ilə bağlı danışıqlara start veriləcək. Bu müqavilələr etibarlı tədarüklə yanaşı, tikintisi planlaşdırılan qaz elektrik stansiyalarının fəaliyyəti üçün yetərli resursun təmin olunmasını mümkün edəcək. Bu baxımdan Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlıq bizim üçün uzunmüddətli və strateji əhəmiyyət kəsb edir.
Xəbər verildiyi kimi, Serbiya və Şimali Makedoniya hökumətləri 2024-cü ilin oktyabrında təxminən 70 km uzunluğunda və ildə 1,2 milyard kubmetrə yaxın təbii qaz ötürmə qabiliyyətinə malik qaz kəmərinin birgə tikintisi haqqında memorandum imzalayıb.
Qeyd edək ki, TANAP ilə təbii qazın kommersiya nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb. 1 805 km uzunluğunda olan TANAP "Şahdəniz-2" yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəql edilməsi üçün nəzərdə tutulub. Hazırda qaz kəmərinin ötürmə qabiliyyəti 16,2 milyard kubmetrdir.
Azərbaycan qazının Xəzərdən Avropaya nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin son komponenti olan Transadriatik qaz kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. Ümumi uzunluğu 878 km olan TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir. Bu günədək TAP vasitəsilə Avropaya 45,6 milyard kubmetr Azərbaycan qazı tədarük edilib.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
8 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























